Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

“Biz Rusiyaya birgə sürətli və sərt cavab verəcəyik“ - Entoni Blinken

Tarix 21.01.22, 20:02

Font ölçüsü : - / +
bitmap-img6


“Əgər Rusiya Ukraynaya qarşı aqressiyanı davam etdirməyə qərar verərsə, biz birgə, sürətli və sərt cavab verəcəyik”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla Cenevrədə keçirilən görüşdə deyib.

O bildirib ki, bu görüş deeskalasiyaya nail olmaq və Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaq üçün davam edən səylərin bir hissəsidir. “Mən müttəfqilərimiz və tərəfdaşlarımızla, eyni zamanda Ukrayna rəsmiləri ilə müzakirələrdən gəlirəm. Biz hamımız yaxın koordinasiyadayıq və narahatlıqlarımızı bölüşürük. Hamımız bütün fikir ayrılıqlarını həll etmək üçün çalışırıq və bu istiqamətdə diplomatiya və dialoqa sadiqik. Lakin əgər bu yol qeyri-mümkün olarsa və Rusiya Ukraynaya qarşı aqressiyanı davam etdirməyə qərar verərsə, biz birgə sürətli və sərt cavab verəcəyik. Mən bu görüş imkanından istifdə edərək sizinlə birbaşa olaraq müttəfiqlərimizin ortaq fikrini, həmçinin sizin qaldırdığınız narahtlıqlarla və həmçinin Rusiyanın hərəkətləri ilə bağlı bizim dərin narahtlıqlarımıza yönəlmiş konkret ideyaları bölüşmək istədim”, - ABŞ dövlət katibi deyib.

O vurğulayıb ki, ABŞ və müttəfiqləri fundamental prinsiplərə sadiqdir və bu prinsipləri hər zaman müdafiə edəcəklər. “Bu, kritik andır, təbii ki, bütün məsələləri burda həll edə bilmərik, lakin mən ümid edirəm və inanıram ki, biz diplomatiya yolunu seçmək barədə qərar verə biləcəyik. Diplomatiya və dialoq yolu açıqdır və biz bu yoldan getməyə sadiqik. Fikir ayrılıqlarımızı sülh yolu ilə həll etməyə hazırıq. Ümid edirəm ki, bu gün bu təklifi biz yoxlaya biləcək və bunun ardınca hara gedəcəyimizi görə biləcəyik”. (APA)



Xəbərin oxunma sayı : 790




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap