“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“BMT TŞ-nın nüfuzu “ölümcül“ şəkildə sarsılıb“ - Quterreş

Tarix 26.02.24, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


BMT Baş katibi Antonio Quterreş İsrailin Rəfahda genişmiqyaslı hərbi əməliyyatının Qəzzaya yardım proqramlarına ölümcül zərbə vuracağı barədə xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə Baş katib Quterreş BMT-nin İnsan Haqları Şurası qarşısında çıxışında deyib.

"Rəfahda əməliyyatlar təkcə burada sığınan bir milyondan çox fələstinli mülki şəxs üçün qorxulu olmayacaq, bu, bizim yardım proqramlarımızın tabutuna son mismarı vuracaq", - o deyib.

"HAMAS-ın qəsdən öldürməsi, yaralaması, işgəncə verməsi və mülki insanları oğurlamasına, cinsi zorakılığa və ya İsrailə qarşı ayrı-seçkilik etmədən raket atmasına heç nə haqq qazandıra bilməz və heç bir şey Fələstin xalqının kollektiv cəzalandırılmasına haqq qazandıra bilməz", - BMT Baş katibi vurğulayıb. O, Qəzzaya göndərilən humanitar yardımın hələ də tamamilə yetərli olmadığını əlavə edib. "Mən humanitar atəşkəsə və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışımı təkrar edirəm", - Baş katib deyib. O, BMT Təhlükəsizlik Şurasının "Qəzzada qan tökülməsinə son qoymaq və gərginliyin qarşısını almaq"la bağlı təcili çağırışlarına baxmayaraq, heç bir addım atmamasından təəssüfləndiyini deyib. Quterreş bildirib ki, o, BMT Təhlükəsizlik Şurasının həm İsrailin Qəzzada əməliyyatına, həm də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı çıxa bilməməsindən təəssüflənir və bu BMT TŞ-nin nüfuzunu "ölümcül" şəkildə sarsıdıb: "Rusiyanın Ukraynaya təcavüzü və 7 oktyabrda HAMAS-ın dəhşətli terror hücumlarından sonra İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlarla bağlı Şuranın qərarlarında birlik olmaması onun nüfuzunu ciddi şəkildə, bəlkə də ölümcül şəkildə sarsıdıb. Şuranın tərkibində və iş üsullarında ciddi islahatlara ehtiyacı var", - o deyib.



Xəbərin oxunma sayı : 493




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap