“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Bravo”ya basqın edənlərə hökm oxundu - Ömürlük həbs də var

Tarix 12.07.24, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


“Bravo” hipermarketinə silahlı basqınla bağlı məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda verilmiş ittihamlarla təqsirli  biliniblər.

Hökmə əsasən, Dəyanət Qüdrətovun ömürlük, Azər Məmmədov və İbrahim İnrahimov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, Rövşən İsmayılov 4 il 11 ay 28 gün Babək İsgəndərov isə 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bu günə kimi azadlıqda olan R.İsmayılov və B.İsgəndərov məhkəmə zalında həbs ediliblər. 

Hökmdən əvvəl Dəyanət Qüdrətovdan başqa digər təqsirləndirilənlər bəraət istəyiblər. D.Qüdrətov isə yüngül cəza təyin edilməsini xahiş edib. 

Xatırladaq ki, hipermarketə basqında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisəyə görə, Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, İbrahim İbrahimovun, Babək İsgəndərov və Rövşən İsmayılov cinayət məsuliyyətinə cəlb edilib. 

Əməliyyat zamanı Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib. Onun işi ayrıca icraata verilib.






Xəbərin oxunma sayı : 946




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap