Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Cahan AVM“ bu qaydanı pozub - Külli miqdarda cərimə gözləyir

Tarix 02.11.24, 13:05

Font ölçüsü : - / +
bitmap-img6


"Cahan AVM" (Alış-Veriş Mərkəzi) MMC Ətraf Mühitin Mühafizəsi, Təbiətdən İstifadə və Ekoloji Təhlükəsizlik Qaydaları əleyhinə olan (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə protokol tərtib olunub.

İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 7500 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

İş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyevanın icraatındadır. 

Qeyd edək ki, "Cahan AVM" MMC-nin qanuni təmsilçisi Məmmədov Yusif Pirqulu oğludur. 

Xatırladaq ki, "Cahan AVM" MMC-nin tərkibində fəaliyyət göstərən ümumi örtülü sahəsi 7200 m2 olan iki satış mağazası, 7800 m2 açıq ərazidə tikinti materiallarının topdan və pərakəndə satış sahəsi mövcuddur. "Cahan AVM"də 12300 növdə inşaat materialları, elektrik malları, mebel və aksesuarlarının və digər malların satışı həyata keçirilir.

Müəssisənin Bakı şəhərində, Türkiyə Respublikası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nümayəndəlikləri mövcuddur. Burada fəaliyyət göstərən ofislər "Cahan AVM"in satınalma bölməsinin sifarişləri əsasında mal tədarükü ilə məşğul olurlar. 



Xəbərin oxunma sayı : 601




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap