Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

İcbari tibbi sığortada dəyişiklik: İşsizlər də gələn ildən ödəniş edəcəklər

Tarix 23.10.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalacağı nəzərdə tutulub.

Belə ki, büdcədən Fonda 900 milyon manatın ayrılması planlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36.5 faiz azdır.

Dövlət büdcəsindən ayrılan vəsaitin azalması Fonda digər mənbələrdən daxil olan vəsaitin artacağına işarə edir. İşəgötürən və işçi tərəfindən ödənilən sığorta haqqının artırılacağı barədə isə məlumat yoxdur. Məlum olan budur ki, 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən yararlanmaq üçün bəzən sığorta haqqı ödəmək kifayət etməyəcək.

Belə ki, "Tibbi sığorta haqqında" Qanuna görə, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə, şəxs bunun üçün əlavə ödəniş etməli olacaq. Ən əsası isə Qanuna görə, heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən istifadəyə görə ödəniş edəcəklər.

Söhbət ondan gedir ki, indiyədək həmin şəxslər bu xidmətlərdən dövlət vəsaiti hesabına istifadə edirdilər. Bəs işləməyən şəxslər üçün illik icbari tibbi sığorta haqqı nə qədər olacaq? İqtisadçı Xalid Kərimli bildirib ki, işləməyən şəxslər icbari tibbi sığorta sistemindən faydalanmaq üçün 2026-cı ilin yanvarın 1-dən minimum əməkhaqqının 48 faizi qədər ödəniş etməlidirlər.

Hazırda minimum aylıq əməkhaqqının 400 manat olmasını nəzərə aldıqda sözügedən məbləğ illik 192 manat təşkil edəcək. Əks təqdirdə, hər bir tibbi xidmətdən istifadəyə ödəniş edilməlidir. Hazırda təkcə ixtisaslı həkim müayinəsinin qiyməti 38 manat təşkil edir.

Daha ətraflı Baku TV-nin videomaterialında:




Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap