“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İcra başçısının qardaşı aşağı vəzifəyə keçirilib - Xidmətdə növbəti dəyişiklik

Tarix 02.12.24, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


Şirvanın icra başçısı İlqar Abbasovun İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində (Keçmiş "Azərsu" ASX) anbardardan tutmuş, müxtəlif vəzifələrə qədər çalışmış doğma qardaşı İmran Abbasov aşağı vəzifəyə göndərilib.

Bu məlumat Mia.az-a Su Ehtiyyatları Agentliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib.

Bildirilib ki, vaxtilə DYP sistemindən uzaqlaşdırılan İmran  Abbasov az sonra "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun xalası oğlu və yerliləri vasitəsi ilə su təsərrüfatı sahəsinə "ayaq açıb".

Məlumata görə, bu məsələdə ona çox yaxın dəstəyi DYP-dəki keçmiş rəis yoldaşı (son olaraq Nizami DYP-nin rəisi -Mia.az), əslən cəbrayıllı Rafiq İlyasov verib: "Rafiq İlyasov "Azərsu"da departament rəisi təyin olunduqdan qısa zaman sonra keçmiş paqon yoldaşını yanına gətirib. İmran Abbasov məhz onun sayəsində "Azərsu" sistemində çox qısa zamanda güc sahibinə çevrilib. O, Qorxmaz Hüseynov və ondan sonakı rəhbərli dövründə istədiyi idarəni yoxlayır, istədiyi şəxs haqqında qərar verirdi.

Qorxmaz Hüseynov vəzifədən azad olunduqdan sonra isə bu qrupun mövqeləri sarsıldı. Rafiq İlyasov Q.Hüseynovun xalası oğlu ilə "Hidroinşaat"a keçərək, biznesmenə çevriliblər. İmran Abbasova isə bu dəfə orada yer tapılmayıb...".

Məlumata görə, İ.Abbasov bir neçə ay əvvəl rəisi vəzifədən xaric olunan, Baş mühəndisi isə həbs olunan Suraxanı rayon Sukanal İdarəsinə rəisi müavini təyin edilib: "O, hazırda bu vəzifədə işləyir...".

Yada salaq ki, İlqar Abbasov Şirvan şəhərindən əvvəl Suraxanıda icra başçısı işləyib...



Xəbərin oxunma sayı : 517




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap