“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Dovşan ili“ qalmaqalı YAP-da hiddətə səbəb oldu:“Bu, partiyaya qarşı təxribatdır“

Tarix 14.01.23, 9:22

Font ölçüsü : - / +
bitmap-img6


Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin Şərurda keçiridiyi görüş zamanı kuryoz olayla bağlı yayılan məlumatlar Yeni Azərbaycan Partiyasında (YAP) kəskin reaksiya doğururb. Söhbət YAP-ın Şərur rayon təşkilatının sədrinin Fuad Nəcəflinin "Bu il hansı ildir?” sualına "Dovşan ili” deyərək cavab verməsi barədə məlumatdan gedir. YAP-da hesab edirlər ki, bu məlumat hakim partiyaya qarşı təxribatdır. 

Partiyanın Təftiş Komissiyasının sədri Musa Musayev Qaynarinfo-ya bildirib ki, bu məlumat məqsədli şəkildə dövriyyəyə buraxılıb. 

"Şərur rayon təşkilatının sədrinin elə cavab verdiyinə inanmıram. Bu düzülüb-qoşulmuş söhbətə oxşayır. Təbii ki, bu məsələ araşdırılacaq və əsl həqiqət üzə çıxacaq. Hesab edirəm ki, bu məlumat Yeni Azərbaycan Partiyasına qarşı təxribatdır”, deyə Musa Musayev əlavə edib.

Bəs bu təxribatı kimlər törədə bilər? Musa Musayev bu barədə konkret heç nə deyə bilməyəcəyini bildirib: "Konkret ad çəkmək, ünvan göstərmək əlbəttə ki, çətindir. Amma bu məlumat sözsüz ki, Naxçıvandan yayılıb”.

Naxçıvanla bağlı müəyyən proseslərin getdiyi bir ərəfədə hakim partiyanın nüfuzuna xələlə gətirəcək belə bir məlumatın yayılması bəzi mülahizələrə səbəb olub. Ehtimal olunur ki, məlumat Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ətrafı tərəfindən ortaya atıla bilər. Bu məlumatdan bir neçə gün əvvəl Vasif Talıbovun YAP-ın Naxçıvan MR təşkilatının sədri vəzifəsindən çıxarıldığı barədə məlumat yayılmışdı. Ardınca isə mediada onun YAP İdarə Heyətinin üzvlüyündən də çıxarıla biləcəyi xəbəri yer aldı. Güman edilir ki, bu məlumat Vasif Talıbovla bağlı addımlara cavabdır.



Xəbərin oxunma sayı : 790




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap