“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“El-Seym İnşaat” şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb - DƏMX hərəkətə keçdi

Tarix 18.07.24, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


“El-Seym İnşaat” şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb 
Tikinti sektorunda fəaliyyət göstərən “El-Seym İnşaat” QSC-də nöqsanlar aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) daxil olan müraciərlər əsasında şirkətdə yoxlama aparıb.

Yoxlamalar zamanı şirkətin fəhlələri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi aşkarlanıb.

Buna görə qurum şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmə protokolu təsdiq edərsə, “El-Seym İnşaat” şirkəti 25 000 manatadək cərimələnəcək.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.



Xəbərin oxunma sayı : 601




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap