“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Ermənistan tərəfinin təbii ki, heç bir şansı yox idi” - İlham Əliyev

Tarix 24.09.21, 12:03

Font ölçüsü : - / +
bitmap-img6


“Diaspor təşkilatları və erməni lobbisinin nəzarətində olan mətbuat münaqişənin mahiyyətini təhrif edirdi. Ermənistanın işğalçı olması, etnik təmizləmələr aparması, Xocalı qətliamını törətməsi, tarixi və mədəni irsimizə aid abidələri dağıtması gizlədilirdi”.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində deyib.

“Azərbaycan isə hansısa vəhşi, totalitar və avtoritar ölkə kimi təqdim edilirdi. “Washington Post”, “New York Post”, “Figaro”, həmçinin ABŞ, Fransa, Almaniya və bir çox digər ölkələrin mətbuatında məni “Əliyevin diktator rejimi” adlandırırdılar. Bununla da Ermənistan Respublikasından daha güclü olan erməni diasporu bu cür mənfi fon yaradırdı”.

Dövlət başçısı bildirib ki, mətbuatın münaqişəyə diqqətini nəzərə alaraq, baş verənlər haqqında həqiqəti çatdırmaq üçün ondan istifadə edib: “Mənim dediyim hər şeyi sənədlə sübut etmək olar. Dediyim hər bir şey tarixi həqiqətə və döyüş meydanında gündəlik baş verənlərə əsaslanırdı. Ermənistan tərəfi isə İkinci Qarabağ müharibəsi zamanı və ondan öncə baş verənlərlə bağlı öz xalqına və dünya ictimaiyyətinə yalan danışırdı. Bu səbəbdən onların tezisləri inandırıcı deyildi və mahiyyət etibarı ilə Ermənistanı nüfuzdan salırdı, biz isə baş verənlər barədə həqiqəti çatdıra bildik”.

“Döyüş meydanında, yaxud informasiya məkanında olmasından asılı olmayaraq, ədalətli mübarizə şəraitində Ermənistan tərəfinin təbii ki, heç bir şansı yox idi”.



Xəbərin oxunma sayı : 895




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap