Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Evimiz-İpolteka Şirkəti” MMC-nin ipoteka dələduzluğu: 250 mindən çox pul mənimsənilib

Tarix 02.10.23, 23:20

Font ölçüsü : - / +
bitmap-img6


"Evimiz-İpolteka Şirkəti” MMC-nin qanuni təmsilçisi Ramin Əmrahovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Nəriman Mehdiyevin icraatına verilib. 

Oktyabrın 13-nə məhkəmə hazırlıq iclası təyin edilib. İş üzrə 30 nəfər zərərçəkən qismində tanınıb. 

Ramin Əmrahov Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq - təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Vətəndaşlar hüquq mühafizə orqanlarına "Evimiz-İpoteka Şirkəti” MMC-dəm şikayət edərək dədləduzluğa məruz qaldıqlarını bildiriblər. Şikayətçilər bu məsələdə əsasən Ramin Əmrahovun adını hallandırıblar. Şirkətin təsisçisi Ramin Əmrahovun qardaşı Vüqar Əmrahov olsa da, şikayətçilər müqavilələri birinci ilə bağladıqlarını bildiriblər. Əlavə ediblər ki, Ramin Əmrahov onlara 250 min manatdan çox ziyan vurub. 

Vətəndaşların şikayətindən sonra Daxili İşlər Nazirliyi hərəkətə keçib. Nizami Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi başlanıb. Az sonra isə Ramin Əmrahov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
 



Xəbərin oxunma sayı : 742




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap