“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Fövqəlnazir”in adamı ilə general arasında vəzifə savaşı – Xüsusi Riskli Xilasetmə Xidmətində...

Tarix 08.10.21, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətində rəhbər dəyişikliyi gözlənilir. 

Bu barədə Tia.az-ın əldə etdiyi məlumata görə, xidmətin rəisi general-mayor Şahmar Paşayevin yerinə iki namizəd var. Onun yaş senzi ilə əlaqədar yaxın vaxtlarda vəzifəsindən təqaüdə gedəcəyi haqda məlumatlar dolaşır.
Xəbərlərə görə, Ş.Paşayev yerinə general-mayor Məhərrəm Həsənovu hazırlayır. M.Həsənov hazırda xidmət rəisinin 1-ci müavini vəzifəsini tutur. Lakin ona alternativ olduğu haqda iddialar səslənməkdədir.

Belə ki, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənovun Xidmət rəisi postuna hazırlandığı bildirilir. Onun atasının Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxın olduğu iddia olunur.
E.Həsənov bundan əvvəl Dövlət Gömrük Komitəsində çalışıb. Onun idarədə söz sahiblərindən biri olduğu, atasının nazirlə əlaqələrinə görə dayaqlarını möhkəmləndirdiyi bildirilir. İndi M.Həsənovun, yoxsa E.Həsənovun Ş.Paşayevin yerinə təyin olunacağı bilinmir.



Xəbərin oxunma sayı : 1105




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap