“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Futbolçularıma iradım yoxdur” - Qurban Qurbanov

Tarix 22.05.23, 21:49

Font ölçüsü : - / +
bitmap-img6


“Samir Abasovu qələbə münasibəti ilə təbrik edirəm və uğurlar arzulayıram. Məğlub olmaq istəməzdik”.

Apasport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXXV turunun “Sumqayıt”la ev oyunundan sonra mətbuat konfransında görüş haqda fikirlərini bildirib:

“Amma futbolda belə hallar, nəticələr olur. Baxımlı oyun olduğunu da, deməzdim. Hava isti idi, motivasiya da tam çatmırdı. Hər bir halda, futbolçular çox əziyyət çəkdilər. Məğlub olanda, oyun da tam alınmayanda, meydanda və oyundan sonra da əziyyət çəkirlər. Mövsümün sonuna yaxınlaşırıq. Futbolçularıma bildirəcək iradım yoxdur. Qarşıdakı oyuna hazırlaşacağıq”.

- Futbolçuları bağışlamaq olar?

- Nə ediblər ki? Futbolçularımızı çox istəyirik. Onlar bu günə qədər hamının sevgisini qazanıblar, hamının üzünü ağ ediblər, hamımız onlara güvənirik və təşəkkür edirik. Məğlubiyyətsiz idman növü və məğlubiyyətsiz çempionat yoxdur. Uduzmuşuq. Amma maksimum istəyimizə çatmışıq. Futbolçuları daha da yaxşı səviyyəyə qaldırmaq istəyirik.

- Çempionlar Liqasının hazırlıq planı hazırdır?

- Tam yox. Ümumən bəllidir. Ola bilər ki, 1-2 xırda detalda dəyişiklik olsun. Demək olar ki, hazırlıq planı hazırdır.

- Mətbuatda xəbərlər yayılıb ki, dəyəri 5 milyon avro olan futbolçularla maraqlanırsınız...

- Mən bu cür xəbər oxumamışam. Qarşıma çıxmayıb. Beş milyona futbolçu almaq o demək deyil ki, problemimiz həll olundu və o demək deyil ki, həmin oyunçu gəlib biz istəyəni verəcək. Transferlə bağlı işlər davam edir. Böyük məbləğə olan futbolçuların axtarışı yoxdur.

Qeyd edək ki, “Qarabağ” öz meydanında “Sumqayıt”a 1:2 hesabı ilə uduzub.



Xəbərin oxunma sayı : 814




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap