Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Günah nazirlikdə olub, orada cəza çəkən yoxdur...” – Sabir Rüstəmxanlı

Tarix 13.06.21, 17:18

Font ölçüsü : - / +
bitmap-img6


«Güya beynəlxalq standartlara uyğun bir qanundur. Mənim buna etirazım yoxdur, biz qanunları təkmilləşdirməliyik. Amma son vaxtlar əlilliyi olan şəxslərin arasında narazılıq yaranıb».

AzFakt.com xəbər verir ki, bu sözləri deputat Sabir Rüstəmxanlı « Əlilliyi olan şəxslərin hüquqları haqqında» qanuna dəyişiklik edilməsi barədə layihəni “Turan”-a şərh edərkən bildirib.

S.Rüstəmxanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son vaxtlar verdiyi bir açıqlamaya, əvvəllər bir çox sağlam adamın yalançı əlillik dərəcəsi alması haqda dediklərinə toxunub: «Xeyli insanın da əlilliyi kəsilib. Bu da müharibədən sonra Azərbaycanın indiki vəziyyətində yeni bir narazılıq dalğası yaradır. Saxta əlilliyi müəyyənləşdirəndə aydınlıq da gətirmək lazımdır ki, burada günah kimindir və cəzasını kim çəkir? Hər halda bu nazirlikdə olub. Amma orada cəza çəkən yoxdur, cəzanı camaat çəkir».

Deputatın fikrincə, Azərbaycanda əlillərin sayı o qədər də çox deyil və bu yolla büdcəyə qənaət etmək olmaz: «Əgər biz bu yolla büdcəyə qənaət etmək istəyiriksə, bu büdcəyə ciddi təsir edəcək rəqəm deyil».

S.Rüstəmxanlı bəzi məsələlərə aydınlıq gətirilməli olduğunu düşünür: «Nə qədər adam əlillikdən, pensiyadan məhrum edilib, bu onlara necə təsir edəcək, yeni hesablama sistemi nə dərəcədə obyektiv olacaq, həmin sistem köhnə sistemdən nə ilə fərqlənəcək? Yarımçıq, ekspert rəyi olmadan, nəticəni bilmədən belə bir qanunun qəbul olunması mənə xoş gəlmədi».

Deputatın sözlərinə görə, Milli Məclisin rəhbərliyi bunu nəzərə alıb və ikinci oxunuşdan sonra bütün komitələrin və ƏƏSM-in iştirakı ilə ilə qanun layihəsi yenidən müzakirə olunacaq, yalnız bundan sonra qanun 3-cü oxunuşda qəbul oluna biləcək.



Xəbərin oxunma sayı : 439




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap