“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərində vacib rol oynayır” - NATO-nun xüsusi nümayəndəsi

Tarix 19.10.21, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


“Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərində önəmli rol oynayır və buna görə mən sizə minnətdarlığımı bildirirəm”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşdən sonra deyib.

Xüsusi nümayəndə bildirib ki, görüşdə regional təhlükəsizlik kontekstində perspektivlər müzakirə olunub: “Ötən gün Azərbaycanda idim, sabah isə Ermənistanda olacağam. Müzakirə üçün olduqca çox məsələ var. Mən nazirə Cənubi Qafqazın üç ölkəsi arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı Gürcüstan tərəfindən irəli sürülmüş təşəbbüsə görə təşəkkür etdim. Gürcüstan həqiqətən də Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə çox mühüm və fəal rol oynayır”.



Xəbərin oxunma sayı : 349




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap