“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Gürcüstan parlamenti xarici agentlərlə bağlı qanunla ən mühüm hüquqi baza yaratdı“ - Kobaxidze

Tarix 28.05.24, 22:10

Font ölçüsü : - / +
bitmap-img6


"Gürcü xalqının seçdiyi ali nümayəndəlik orqanı dövlət suverenliyini təsdiq etmək üçün ən mühüm hüquqi baza yaratdı. Belə bir qanuna qarşı çıxmaq mümkün deyil".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında deyib.

Kobaxidze qeyd edib ki, hər kəs qanunun düzgün mahiyyətini tanımalı və arqument yoxdursa, qarayaxma kampaniyasını davam etdirməməlidir:

"Proses başa çatıb, qanun qəbul edilib. Bu qanunla bağlı biz hamıya ictimai müzakirə təklif edə bilərik. Müzakirəyə hazırıq, çünki hər dəfə haqlı olmuşuq".

"Xarici təsirin şəffaflığı haqqında" qanun yalnız bir şeyi nəzərdə tutur – xarici dövlətin maraqlarını həyata keçirən təşkilatların ildə bir dəfə maliyyə bəyannamələri dərc etməsini. Belə bir qanuna qarşı hər hansı arqumentin olması mümkün deyil", - Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan əhalisinin 80 faizindən çoxu xarici təsirin şəffaflığının tərəfdarıdır, əhalinin 60 faizindən çoxu isə əcnəbilərin tənqidi fonunda “Xarici təsirin şəffaflığı haqqında” qanunu dəstəkləyir.



Xəbərin oxunma sayı : 1078




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap