Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

“Gilan”a bağlı şirkət Qurban Məmmədovu məhkəməyə verdi - Rüstəm Behrudinin də adı keçir

Tarix 03.12.24, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


“Atlant-İnşaat” MMC Londonda yaşayan tanınmış hüquqşünas Qurban Cəlal oğlu Məmmədov barəsində məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, yaşayış sahəsi üzrə mübahisələrlə bağlı qaldırılan iddia Bakı Apellyasiya Məhkəməsində hakim Məhəmməd Rüstəmlinin icraatına verilib.
Qeyd edək ki, “Atlant-İnşaat” MMC Qurban Məmmədov ilə bərabər onun həyat yoldaşı Məmmədova Mehbarə Əhməd qızı, həmçinin Xammədov Azad Şahbaz oğlu, Rəhimov Natiq Qənbər oğlu, Haqverdiyev İsmayıl Əli oğlu, 50 saylı Notariat kontorunun müdiri Rəhmanov Kənan Akif oğlu və  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi barədə də iddia qaldırıb.
Qaldırılan iddiada tanınmış şair Rüstəm Behrudinin adı da maraqlı şəxs kimi keçir.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Qurban Məmmədov uzun illər Azərbaycan Demokrat Partiyasının üzvü olub. 1998-2003-cü illərdə həbsdə olub. Hazırda Londonda yaşayan və “AzerFreedom Tv” adlı “Youtube” kanalına sahib olan Qurban Məmmədov barəsində 2020-ci ildən Baş Prokurorluq beynəlxalq axtarış elan edib.
Qurban Məmmədov barəsində iddia qaldıran “Atlant-İnşaat” MMC (VÖEN – 1000101391) isə 16 mart 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 96 min 2 manat olan şirkətin qanuni təmsilçisi Muradov Cəmil Tahir oğludur.
Qeyd edək ki, Cəmil Muradov ölkənin tanınmış iş adamlarından biridir. O, vaxtı ilə ölkənin aparıcı şirkətlərindən biri olan “Gilan Holdinq” MMC-nin qanuni təmsilçisi olub. 2023-cü ildə “Gilan Holding” MMC adını dəyişərək “Xəzri Solutions” MMC-yə çevrilib. Cəmil Muradov “Gilan Holding” MMC-nin rəhbərliyindən getsə də, hazırda “Gilan Group” MMC adlı şirkətin qanuni təmsilçisidir. Cəmil Muradov təkcə “Gilan Holdinq”ə bağlı onlarla şirkətin rəhbəri kimi deyil, eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu kimi tanınır. Uzun illərdir mətbuatda Cəmil Muradovun Kəmaləddin Heydərovun xalası oğlu olduğu barədə məlumatlar yayılır və bu məlumatlar bu günə kimi təkzib olunmayıb.



Xəbərin oxunma sayı : 706




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap