![]() |
|














“Hacıbala Abutalıbov mənə dedi ki...” - İttiham olunan şirkət rəhbərindən sensasiyalı müsahibə
Tarix 07.04.21, 13:24 |
|

Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı rəsmi açıqlamasında sözügedən şəxsin Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verdiyi qeyd olunub.
Həmin bəyanatda adı çəkilən şirkətin – “FF-2011” MTK-nın rəhbəri Tamilla İbrahimova ittihamlara cavab verib.
– Baş Prokurorluğun rəsmi açıqlamasında sizin şirkətin adı çəkilib. Bu ittihamlarla bağlı nə deyə bilərsiniz?
– Bununla bağlı onu deyə bilərəm ki, mənim bütün sənədlərim qanuni və düzgündür. Bir az ətraflı qeyd edim ki, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsində yerləşən ərazidə əsasən istismar vaxtı keçmiş və qəzalı vəziyyətdə olan mənzillərin sökülüb, yerlərində çoxmərtəbəli, müasir standartlara uyğun yaşayış binasının tikilməsi üçün mən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdim. Onlar altı aydan sonra mənə bu yöndə fəaliyyət göstərməyim üçün sərəncam verdilər. Ondan sonra bütün sənədlərimi toplayıb, inşaat pasportu aldım. Eskiz və işçi lahiyələrim təsdiqləndi. Şəhərsalmadan keçdikdən sonra, 2016-cı ildə tikintiyə başlamaq üçün Bakı meriyasından xüsusi nişan aldıq. Tikinti ilə bağlı yeni dəyişikliklər olduğu üçün mən yenidən müraciət edərək, 2018-ci ildə öncədən istənilməyən “Tikintiyə icazə sərəncamı”nı da aldım. Biz tikintiyə başlayandan sonra Mədəniyyət Nazirliyindən ərazidə tarixi memarlıq abidəsinin olduğuna dair məktub gəldi və mən o məktub əsasında Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdim. Bizə şəxsən sabiq mer Hacıbala Abutalıbov tərəfindən bildirildi ki, o ərazidə yeganə tarixi bina keçmiş Basin küçəsindəydi və sürüşdürülüb, başqa heç bir tarixi dəyəri olan memarlıq abidəsi yoxdur. Eyni zamanda qeyd etməliyəm ki, Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 13.01.2017-ci il tarixli, 7-94/17 saylı məktubunda açıq mətnlə bildirib ki, bütün söküntü işlərini meriya aparıb. Ərazidə yeni yol və park qurulduğu üçün Bakı şəhər İcra Hakimiyyəti söküntü işlərini nə bizə, nə də digər şirkətlərə həvalə etdi və bütün prossesi başdan sona qədər özü apardı. Yəni, bütün sənədlər də qaydasında olub, fəaliyyətimizi də buna uyğun qurmuşuq.
– Bəs sənədləriniz qaydasındadırsa, fəaliyyətinizə necə əngəl olunur?
– Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən dedilər ki, sənin sənədinə Rasim Quliyev icazə verib, bu doğru deyil. Sual verdim ki, bura kim imza çəkməli idi? Dedilər ki, müavin imzalamalıdır. Onlara bildirdim ki, meriyada imzanı kimin atması Bakı şəhər İcra Hakimiyyətinin məsuliyyətində olan məsələdir və şirkətə aidiyyatı yoxdur. Bizim üçün önəmli olan möhürdür. Bütün sənədlərimizdə Bakı şəhər İcra Hakimiyyətinin möhürü var. Eyni zamanda bundan narahat olduğum üçün Hacıbala Abutalıbovun qəbuluna getdim. Şəxsən özünə sual verdim ki, Hacıbala müəllim, DŞAK mənə irad tutur ki, sənədə qolu müavin çəkməli idi, aparatın rəhbəri niyə qol çəkib? Hacıbala Abutalıbov izah elədi ki, Rauf Pənahov rəhmətə getdiyi üçün müraciət etdim rəhbərliyə. Mənə göstəriş verildi ki, bu işi müvəqqəti kiməsə həvalə elə. Digər müavinim humanitar məsələlərə baxdığı üçün mən də bu işi müvəqqəti Rasim Quliyevə həvalə etdim. Bu barədə, müvafiq sərəncamım da var. Bundan sonra Hacıbala Abutalıbov mənə həmin sənədi təqdim etdi. Sənəddə yazılıb ki, Rauf Pənahovun vəfatı ilə əlaqədar başçının müavini səlahiyyətlərini Rasim Quliyevə həvalə edir və sərəncamın icrasına nəzarəti özündə saxlayır.
– Söküntü işini kim aparıb?
– Bir daha təkrar edirəm ki, söküntü işini Bakı şəhər icra hakimiyyəti yerinə yetirib. Park və yola zərər dəyməməsi üçün meriya bu məsuliyyəti öz üzərinə götürdü. DŞAK-da da Namiq Hümbətov var, birinci müavindir. Biz bir-birimizi on ildir ki, tanıyırıq və onun o prossesdən, hansı sənədlərin olub-olmamasından çox gözəl xəbəri var. O çox gözəl bilir ki, ora necə sökülürdü. Mənim sənədlərimin düzgün olduğunu da bilir. Tikinti işlərinin dayanmasından sonra yenə ona müraciət etdim. Məni get-gələ saldı və 2020-ci ilin sentyabrında ümumi razılığa gəlmək üçün mərtəbə sayının azaldılmasını təklif etdi və biz razılaşdıq. Yanvar ayında isə mənə həyat yoldaşım vasitəsi ilə xəbər göndərdi ki, biz tərəfdən alınmır, dərdini “yuxarı” ilə çözsün. Bizim işimizi dayandıran bu komitədir və “yuxarı” deyiləndə kimin nəzərdə tutulduğunu mən bilmirəm. Dəfələrlə Anar Quliyevin də qəbuluna düşmək istəsəm də, heç bir cəhdim alınmayıb. Mən Namiq Hümbətova öz vəziyyətimin çətinliyi, həmin ərazinin sakinlərinin bu səbəbdən yaşadığı problemləri bildirdikdə, açıq şəkildə dedi ki, “get hamıya de ki, Namiq Hümbətov tikintiyə icazə vermir”. Axı mən illərdi kirayədə yaşayan insanlara bunu necə deyim?
– Yəni, siz bu məsələdə zərərçəkən olduğunuzu iddia edirsiz?
– 14 oktyabr 2018-ci ildə mən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində oldum və onların razılığı ilə yenidən işə başladım. İki mərtəbəsi zirzəmi olmaqla, səkkiz mərtəbənin sütunlarını qaldırdıq. 2019-cu ilin martında tikintini dayandırdılar. O zamandan da tikintiyə icazə verilmir. Zərər də mənə dəyir. Çünki insanları ərazidən köçürmüşəm, banklardan kreditlər götürmüşəm, 4 ildir kirə pulu verdiyim adamlar var. Mən o insanlar üçün üzülürəm, xəcalət çəkirəm, ancaq əlimdən heç nə gəlmir. Bu gün bütün qurumlar yaxşı bilirlər ki, mənim bu məsələlərdə heç bir günahım yoxdur. 126 şirkətin adı Korrupsiyada ola-ola, sadəcə, mənim şirkətimin adı hallandırılır, mənin işgüzar nüfuzumla oynanılır. Bu barədə Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya müraciət etmişik.
Xəbərin oxunma sayı : 1072
Sosial
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV