“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Hazırda Rusiya qüvvələri Azərbaycandadır...“ - NATO-nun xüsusi nümayəndəsindən açıqlama

Tarix 30.06.21, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


“Bölgədə təhlükəsizliklə bağlı vəziyyət əsaslı şəkildə dəyişib”.  

“Report”un yerli bürosu xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın Birinci kanalına müsahibəsində deyib.

O, Gürcüstana Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşmada oynadığı çox mühüm rola görə minnətdarlıq bildirib: “Bu, Gürcüstanın regional təhlükəsizliyə verdiyi töhfənin nə qədər önəmli olduğunu göstərdi”.

NATO rəsmisi qeyd edib ki, Qarabağ müharibəsindən sonra Gürcüstan ətrafında Rusiya hərbi qüvvələrinin sayı artıb: “Dağlıq Qarabağda müharibədən sonra baş verənlər Gürcüstanın təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmadı. Hazırda Rusiya qüvvələri Azərbaycandadır və Gürcüstan ətrafında daha çox rus qoşunu var. Düşünürəm ki, Azərbaycan da rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər söhbət beş illik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”.

Qeyd edək ki, C.Appaturay Gürcüstanda səfərdədir.



Xəbərin oxunma sayı : 385




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap