![]() |
|














“Heç kimə güzəşt edilməyəcək” - “Bu gömrük sistemi Azərbaycana ziyan vurur, odur ki...“
Tarix 21.05.21, 22:08 |
|

Vahid Əhmədov: “Yeddi icra başçısı saxlanılsa da, bəzi rayonlarda korrupsiya, rüşvət qalır...”
“”Kölgə iqtisadiyyatı” olmasaydı, monopoliya da olmazdı”
Mayın 18-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirdi. Əməliyyat nəticəsində korrupsiya və rüşvətin yer aldığı bu qurumda bir neçə nəfər həbs olundu.
Ümumiyyətlə, sahibkarların və sıravi vətəndaşların Dövlət Gömrük Komitəsindən narazılıqları yeni xəbər deyil. Gömrük sistemində həyata keçirilən son əməliyyat əhalidə belə fikir yaradır ki, nəhayət bu qurumda da qanun işləməyə başlayacaq və təkcə rüşvət, korrupsiya deyil, eyni zamanda məmur oliqarxiyası və monopoliyaya da ağır zərbə vurulacaq.
“AzPolitika.info” korrupsiya mövzusunda Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədovla söhbətləşib:
- Vahid müəllim, iki səhiyyə müəssisəsinin baş həkimlərinin və Şəmkir rayon İcra Hakimiyyətinin başçısının saxlanılmasından qısa müddət sonra Bakı Baş Gömrük İdarəsində də əməliyyat keçirildi. Bunu korrupsiyaya qarşı mübarizənin növbəti mərhələsi kimi qiymətləndirmək olarmı?
- Dövlət başçısı korrupsiya ilə bağlı sözünü deyib, mövqeyini ortaya qoyub. Açıq elan edib ki, korrupsiya bu millət və dövlət üçün bir yaradır, ondan xilas olmaq lazımdır. Bəzən bu sözlərə fikir vermirlər. Xüsusilə də icra başçıları, o cümlədən mərkəzi icra orqanları və s. Başqa sözlə, öz işlərindədirlər. Yeri gəlmişkən, onların əksəriyyətinin maaşları da artırıldı ki, bu qara işlərdən əl çəksinlər və korrupsiya ilə məşğul olmasınlar. Ancaq görünən budur ki, onlar öyrəşiblər və bu əməllərindən əl çəkmək istəmirlər. Lakin bu məsələ həllini tapmalı, kimliyindən asılı olmayaraq belə hərəkətlərə yol verənlər qanun qarşısında cavab verməlidirlər.
Məsələ çox ciddidir və məndəki məlumata görə, bu məsələdə dövlət başçısı heç kimə güzəştə getməyəcək. Bu vaxta qədər nə olub, nə olmayıb, bunların da haqq-hesabı çəkiləcək. Hazırda dövlət qulluğunda olan insanlar üçün bütün şərait yaradılıb ki, işləsinlər, əhaliyə xidmət göstərsinlər. Ancaq baxın görün nə qədər icra başçısı həbs etdilər. Bizə məlumatlar gəlir ki, rayonların əksəriyyətində korrupsiya və rüşvət halları mövcuddur, insanları incidirlər. Bələdiyyə sədrini, icra nümayəndəsini təyin edərkən rüşvət alırlar və s. Belə hallar var. Əlbəttə, bunlar birdən-birə olmasa da, tədricən aradan qalxacaq.
- Sizcə, gömrükdə həyata keçirilən həbslər nədən xəbər verir?
- Aldığım məlumata görə, orada birgə əməliyyat keçirilib. Həm Dövlət Gömrük Komitəsi, həm də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu prosesdə iştirak edib. Görünür, orada da insanlar çirkin əməllərə əl atıblar, rüşvət və korrupsiyaya bulaşıblar. Yəqin ki, Dövlət Gömrük Komitəsi də bununla əlaqədar ətraflı məlumat verər.
- Hazırda korrupsiyanın və rüşvətxorluğun qarşısını almaq üçün görülən tədbirləri necə qiymətləndirmək olar, nəticə baxımından aparılan işlər real vəziyyətə adekvatdırmı?
- Mən diqqət edirəm. Korrupsiayaya Qarşı Mübarizə İdarəsində ciddi işlər gedir. Kamran Əliyevin rəhbərliyi altında prokurorluq ciddi tədbirlər həyata keçirir. O cümlədən Əli Nağıyevin rəhbəliyi ilə Dövlət Təhlükəsizlik Xidməti bu işlərlə məşğuldur, korrupsiyanın qarşısını almaq, belə əməlləri ifşa etmək məqsədilə addımlar atılır. Əlbəttə, cinayət olan yerdə mütləq cəza da olmalıdır. Əgər cinayət etmisənsə, kimliyindən asılı olmayaraq cəzanı almalısan.
- Sizcə, məmurlar niyə dayanmır, nədən aparılan həbslərdən nəticə çıxarmırlar?
- Mən sizə deyim. Onlar arxayındırlar ki, heç bir şey olmayacaq. Yəni etdiklərinə görə cəza almayacaqlarına əmindirlər. Ancaq elə deyil, səhv düşünürlər. Hamısı nəzarətdədir, hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, baxılır. Bizə də informasiyalar daxil olur. Şəxsən mən çox rayonlardan məlumat alıram. Çoxu bu tədbirlərdən nəticə çıxarmır. Düşünür ki, bir neçə icra başçısını tutdular və bununla da məsələ qapandı. Belə bir şey yoxdur. Bununla qurtarmaq lazımdır. Dövlət başçısı qərar veribsə, bu addımlar atılırsa, deməli hər şeyi hesablayıb, götür-qoy edib, sonda da qərar verib. Bu saat Korrupsiyaya Qarşı Mübarizə İdarəsində çox böyük işlər gedir.
- Vahid müəllim, əvvəllər iki problem qabarıq formada özünü göstərirdi və xüsusilə sahibkarlarda ciddi narazılıq yaradırdı. Söhbət vergi sistemində və gömrükdə olan özbaşınalıqlardan gedir. Son həbslər gömrükdə olan acınacaqlı durumun yaxşılaşdırılması baxımından nə dərəcədə effektiv ola bilər?
- Əvvəla, qeyd edim ki, vergi sistemində qayda-qanun yaradılıb. Əvvəllər mən vergi xidməti ilə bağlı kifayət qədər çox şikayətlər alırdım. Bunu da mətbuata açıqlayırdım. Sonradan Mikayıl Cabbarov bu quruma rəhbərliyə gətirildi və insaf naminə qeyd edək ki, bu sistemdə qayda-qanun yaratmağa nail oldu. İndi vergi sistemində şəffaflıq yaradılıb, sahibkarlar şəffaf şəkildə işləyirlər və hər hansı bir problem yoxdur.
Gömrük sistemində də müəyyən addımlar atılıb. Ancaq hadisələr götərir ki, daha çox işlər görülməlidir. Aldığım məlumata görə, Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyatda Dövlət Gömrük Komitəsi də iştirak edib. Biz başa düşməliyik ki, bu sistem Azərbaycana ziyan vurur. Həm Ümumi Daxili Məhsula zərər verir, həm də iqtisadiyyatı kölgə altında saxlayır. Odur ki, bu sistem tədricən aradan getməli və şəffaflıq təmin olunmalıdır. Ümid edirəm ki, bu istiqamətdə işlər görüləcək.
Həmçinin, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması üçün işlər görülməlidir. Sözsüz ki, Azərbaycanda “kölgə iqtisadiyyatı” mövcuddur. Əgər olmasaydı monopoliya da olmazdı. Hesab edirəm ki, monopoliya da var və biz onu da sona çatdırmalı, ləğv etməliyik. Eyni zamanda, Rəqabət Məcəlləsini qəbul etməliyik. Bu problemlər var və öz həllini də tapacaq. Görünür, bunun üçün müəyyən zamana da ehtiyac var.
- Vahid müəllim, icra başçılarını, baş həkimləri, gömrük məmurlarını həbs edirlər, amma korrupsiya və rüşvət aradan qalxmır. Başqa hansı tədbirlər görülməlidir ki, sıravi vətəndaş effektiv nəticələri görə bilsin?
- Bütün bunları birdən-birə həll etmək asan məsələ deyil. Təbii ki, çoxları bunların bir gündə həll edilməsini istəyirlər. Başadüşüləndir. İşlər aparılır, amma zaman da lazımdır. Baxın, yeddidən çox icra hakimiyyəti başçısı saxlanılıb, lakin bəzi rayonlarda korrupsiya, rüşvət, neqativ fəaliyyət davam edir. Bu rayonların icra başçıları ilə bağlı cinayət işləri də var. Biz bu məsələdə nə qədər irəli getsək, bir o qədər yaxşı olar. “Kölgə iqtisadiyyatı”, monopoliya aradan qaldırılar. Problemlərin həlli üçün müəyyən qərarlar və qanunlar qəbul olunub və biz belə qanunları qəbul etməkdə davam edirik.
- Bir müddət əvvəl Səhiyyə naziri Oqtay Şirəliyev işdən çıxarıldı və onu Teymur Musayev əvəz etdi. Bu kadr dəyişikliyi səhiyyə sistemindəki problemlərin həllinə hansı təsirlər göstərə bilər?
- Oqtay Şirəliyev haqqında müəyyən sözlər deyirlər. Amma o da təcrübəli adam idi. Mənim onunla tanışlığım var idi, Quba və digər regionlarla bağlı görüşlərim olmuşdu. Teymur Musayev də təcrübəli kadrdır. Baş həkim kimi özünü yaxşı mənada göstərib, digər mühüm postlarda olub. Bu sahəni bilən müətəxəssisdir. Bu saat əsas kadrlar idarəetmə sistemini təkmilləşdirmək üçün irəli çəkilən mütəxəssislərdir. Diqqət edirsinizsə, İqtisadiyyat Nazirliyində, Vergi Xidmətində, Əmlak Komitəsində və digər sahələrdə irəli çəkilən mütəxəssislər korperativ idarəetməni bilirlər. Bunu biləndə idarə etmək də asan olur. Ümid edirəm ki, bütün bunlar korrupsiyanı aradan qaldırmağa, idarəetməni inkişaf etdirməyə kömək edəcək.
- Diqqət çəkən mühüm bir addım SOCAR-da Müşahidə Şurasının yaradılması oldu. Sizcə, bu şura hansısa müsbət nəticələrə nail olacaqmı?
- Əslində, yalnız SOCAR-da deyil, bir çox qurumlarda müşahidə şuraları yaradılıb. Bu da həmin şirkətlərdə olan bəzi problemləri həll etmək baxımından əhəmiyyətlidir. Müşahidə şuraları həm maliyyə nəzarəti mexanizmini həyata keçirəcək, həm kadr siyasətinə baxacaq, həm də digər məsələləri həll edəcək. Müşahidə Şurası iri dövlət qurumlarında ildə bir neçə dəfə toplaşaraq vəziyyətə nəzarəti həyata keçirəcək, müəyyən maliyyə, kadr təhlilləri aparacaq və qərarlar qəbul edəcək.
- Bu şuralar böyük dövlət şirkətlərində maliyyə yeyintilərinin qarşısını ala biləcəkmi?
- Əlbəttə, bunlar bir-birilə bağlı məsələlərdir. Əksər dövlət qurumlarında belə şuraların yaradılması alqışlanmalı addımdır. Ümid edirik ki, onların fəaliyyəti nəticəsində böyük irəliləyişlər, müsbət nəticələr əldə olunacaq.
Xəbərin oxunma sayı : 679
Müsahibə
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir - FOTO
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
-
İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb - Tramp
-
Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO
-
Azərbaycan Polisi 107 yaşında - FOTO
-
Elçin Şıxlı həbs olunan qohumundan danışdı - “Biabırçılıqdır”
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
TOP 10
ARXİV