“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Hesabda 100 minlərlə vəsait olub, lakin hesabatlarda 5-6 manat göstərilib“ - MƏHKƏMƏ

Tarix 24.07.24, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Əmək Müfəttişliyindən və Dövlət Vergi Xidmətindən məhkəmənin sorğularına gələn cavablar elan olunub.

Dövlət Vergi Xidmətinin cavab məktubunda Nuridə Seyidovanın rəhbərlik etdiyi şirkətlərdə kassa aparatlarının olmadığı bildirilib.

Hakim deyib ki, hesabda 100 minlərlə vəsait olub, lakin hesabatlarda 5-6 manat pul yazılıb.

Məhkəmə prosesində zərərçəkən Tural Nəsimiyev təqsirləndirilən şəxslər barəsində mülki iddia qaldırıb. İddiada bildirilib ki, hər üç təqsirləndirilən şəxsdən ona dəymiş 42 min manat maddi, səkkiz min manat isə mənəvi ziyanı tələb edir.

Zərərçəkən Tural Nəsimiyevin sözlərinə görə, onu Nuridə ilə əlaqələndirən Aynur olub. Ona dəymiş ziyandan cəmi 10 min manat ödəniş olunub. Qalan məbləği də hər üç şəxsdən tələb edir.

Məhkəmənin növbəti iclası sentyabrın 11-nə təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 613




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap