Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Şimali Kiprdən olan şəhid ailələri ilk dəfə Qarabağdadır - FOTOLAR

Tarix 23.05.24, 21:30

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Kipr Türk Respublikasından olan şəhid ailələrindən və ictimai xadimlərdən ibarət nümayəndə heyəti bu gün Qarabağda olub.

AzFakt.com xəbər verir ki, 20 nəfərlik heyətin 12 nəfəri şəhid ailələrinin üzvləridir.

Heyətə ŞKTR Prezidentinin QHT-lərlə əlaqələr üzrə müşaviri Latif Akça, ŞKTR-nin “Şəhid ailələri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan, Əlillər Komitəsinin sədri Ahmet Akdeniz, ŞKTR-nin Türk Dövlətləri Dərnəyinin sədri Ali Akın Önder, Girne Amerikan Universiteti dekanı Boğaçhan Bayülken, ŞKTR İTÜ baş katibi Dursun Koç, “Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyi”nin baş katibi Selim Terzi və digər şəxslər də daxildir. 

Onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri də müşayiət edir. Heyət ilk əvvəl Şuşada olub. Şuşa ilə tanışlıqdan sonra Xocalıya baş çəkilib. Xocalıda aşkar olunan kütləvi məzarlıq ziyarət edilib. Heyət bu gün həmçinin Ağdamda da olacaq. Azad edilmiş ərazilərdə dağıntıların miqyası və quruculuq işlərinin sürəti heyəti heyrətə gətirib.

Səfər “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində təşkil olunub. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. 

Qeyd edək ki, Şimali Kipr Türk Respublikası və Azərbaycandan olan şəhid ailələri QHT-lər xətti ilə qarşılıqlı səfərlərə başlayıb. Bu ilin iyul ayında Qarabağ uğrunda şəhid olmuş 30 nəfər şəhidin övladı da Şimali Kiprə səfər edəcək və orada yay düşərgəsində iştirak edəcək.







Xəbərin oxunma sayı : 676




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap