Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər - Son rəqəmlər

Tarix 16.01.25, 21:25

Font ölçüsü : - / +
bitmap-img6


Hüquqi şəxslər tərəfindən “Yelo Bank” ASC-yə yerləşdirilən depozitlərin həcmi kəskin azalıb.

Yeniavaz.com xəbər verir ki, hüquqi şəxslərin “Yelo Bank”dakı depozitləri ötən il ərzində 3,6 dəfə azalaraq 720,6 milyon manatdan 197,8 milyon manata düşüb.
Qeyd edək ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb.
2002-ci ildə rebrendinq edərək “Nikoil Bank” adlandırılıb.
2019-cu ildə hazırda da istifadə olunan “Yelo Bank” adına rebrendinq edilib.
2022-ci ilin mart ayınadək “Yelo Bank”ın əsas səhmdarı “Topaz İnvestment Limited” MMC olub.
Banka birbaşa nəzarət edən şəxs isə Rusiyanın “Lukoil” şirkətinin sahibi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub.
Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarət etdiyi bir sıra aktivləri başqa şəxslərə təhvil verib.
2022-ci ilin mart ayından etibarən “Yelo Bank”a birbaşa nəzarət edən şəxs Marina Kulişovadır.
Nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ən böyük 2-ci bankı olan “Yelo Bank”ın səhmlərinin 98,94%-i Marina Kulişovaya məxsusdur.



Xəbərin oxunma sayı : 928




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap