“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Şirvanda 60 yaşlı sahibkar torpaq üstündə qətlə yetirilib - MƏHKƏMƏ

Tarix 03.09.24, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Şirvanda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Elşən İslamova hökm oxunub.

“Report” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Xamməd Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında E. İslamov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyarbında Şirvan şəhərində baş verib. Çılpaqlı qəsəbəsində mağazanı işlədən Yavər Bağırov tanışı E. İslamov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

İttihama görə, E.İslamov Y.Bağırovun qəsəbə ərazisində yerləşən mağazasının arxasındakı torpaq sahəsinə xərc çəkərək abadlaşdırıb və həmin əraziyə ağaclar əkib.

Daha sonra zərərçəkən şəxs həmin torpaq sahəsinin ona aid olduğunu və sözügedən əraziləri öz adına sənədləşdirəcəyini deyib. Belə olduqda E.İslamov ondan torpaq sahəsinə çəkdiyi xərci tələb edib, lakin Y.Bağırov onun çəkdiyi xərci ödəməyib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, hər iki şəxs arasında baş verən münaqişə illərlə davam edib.

İttihamda təqsirləndirilən şəxsin zərərçəkəni öz mağazasında boyun nahiyəsindən bıçaqlayaraq qətlə yetirdiyi bildirilib.

E.İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.



Xəbərin oxunma sayı : 1069




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap