“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Şirvanda son iki ayda 72 nəfər tutulub - FOTO/VİDEO

Tarix 01.12.22, 19:04

Font ölçüsü : - / +
bitmap-img6


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabr-noyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, xuliqanlıq cinayətləri edən ümumilikdə 72 nəfər saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən 47-si narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 34-ü barəsində məhkəmə tərəfindən həbs, 13-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən 2 kiloqrama yaxın marixuana, 1 kiloqram 300 qramdan artıq heroin, müxtəlif çəkidə psixotrop maddə olan metamfetamin, tiryək, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb. 

Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən və mağazalardan oğurluqlar edən 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə vətəndaşların etibarından sui-istifadə edərək onları işlə təmin edəcəyi barədə yalan vədlər verən və zərərçəkmişlərin 12 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirən 1, bankların qarşısında dayanaraq yaşlı insanlara kömək etmək adı ilə yaxınlaşan və pullarının ələ keçirən 1, soyğunçuluq və xuliqanlıq edən 3, hədə-qorxu ilə pul tələb edən 1 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub. 

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.





Xəbərin oxunma sayı : 805




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap