Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək - VİDEO

Tarix 21.06.21, 12:32

Font ölçüsü : - / +
bitmap-img6


Ucarda bir müəllimə qeyri-adi  layihə həyata keçirir. O, şagirdlərinin valideynlərini də ali təhsil almaq üçün hazırlaşdırır. Onun layihəsinə qoşulan digər fənn müəllimləri də var.

Onlar övladları kimi parta arxasına oturub unıversitetə hazırlaşırlar..

Bu vaxta qədər ali təhsil ala bilməyən valideynlər indi həvəslə çalışırlar..

Aynur İbrahimova Ucarın Təzə Şilyan kəndində müxtəlif səbəblərdən təhsildən kənar qalan xanımların yenidən tədrisə cəlbi ilə bağlı layihə ərsəyə gətirib. "Oxumaq heç vaxt gec deyil" layihəsi  ilə valideynləri ali məktəblərə hazırlayır. Aynur Ibrahimovaya dəstək olan digər həmkarları da var.

Bu layihəni eşidən valideynlər müsbət qarşılayaraq iştirak ediblər. Onlar hər gün müəyyən olunmuş saatlarda gəlib hazırlaşırlar.

Ucarın bir neçə kəndlərindən müraciətlər var. Təhsil almaq istəyən  valideynlər  artdıqca əlavə müəllimlər də cəlb oluna bilər. Valideynlərin hazırlığı təmənnasıszdır. Əgər digər rayonlardan iştirak etmək istəyən valideynlər olsa dərslərə onlayn qoşulacaqlar. Qeyd edək ki, layihə iyunun 16-dan start götürüb, valideynlərə  ilk dərslər keçirilib. Avqust ayından etibarən daha 3 fənn üzrə əlavə dərslər keçiriləcək.
 




Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap