“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Əlcəzair Fransanın 12 diplomatını qovdu - Qalmaqal

Tarix 14.04.25, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına 48 saat ərzində ölkəni tərk etmələri barədə göstəriş verib.

"France24" telekanalının xəbərinə görə, Fransanın xarici işlər naziri Jan Noel Baro aprelin 14-də deyib ki, Əlcəzairin müvafiq qərarı bu ölkənin üç vətəndaşının Fransada həbs olunması ilə bağlıdır.

"Əgər rəsmilərimizin ölkədən çıxarılması qərarı qüvvədə qalarsa, bizim dərhal cavab verməkdən başqa seçimimiz olmayacaq", – Fransanın top diplomatı bildirib.

Aprelin 11-də Paris prokurorluğu Əlcəzairin ölkədəki konsulluq rəsmisi də daxil, üç əlcəzairlini adam oğurluğunda ittiham edib. Bu şəxslər 2024-cü ilin aprelində sosial media inflüenseri Əmir Buxorsun Paris ətrafında oğurlanmasında şübhəli biliniblər. Ə.Buxors Əlcəzair hökumətinin tənqidçisidir və "TikTok" platformasında bir milyondan çox izləyicisi var. O, 2016-cı ildən Fransadadır və 2023-cü ildə siyasi sığınacaq alıb. Buxors 2024-cü ilin aprelində oğurlanıb və, vəkilinin sözlərinə görə, ertəsi gün sərbəst buraxılıb.

Əlcəzair hökuməti həmin inflüenserin məhkəmə qarşısına çıxması üçün ölkəyə qaytarılmasını tələb edir. Ona qarşı fırıldaqçılıq və terrorla bağlı ittihamlar irəli sürülüb və haqqında doqquz beynəlxalq həbs orderi çıxarılıb.



Xəbərin oxunma sayı : 1195




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap