|
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi?
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib - TAM MƏTN
Tarix 05.12.24, 11:17 |
|
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev oxuyub.
Müraciətdə deyilir:
“Hörmətli konfrans iştirakçıları!
Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram.
Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür.
Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir.
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur.
Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir.
Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir.
Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir.
Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir.
Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.
Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.
Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir.
Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir”.
Xəbərin oxunma sayı : 1243
Siyasət
Xəbərlər
-
Təqaüdçü ər-arvadın adına necə kredit götürülüb? - TƏFƏRRÜAT
-
İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı - Azərbaycana gəlib
-
Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK
-
Prezident İlham Əliyev 20 Yanvarla bağlı paylaşım etdi - FOTO
-
Yarım milyonluq qızıl oğurlayanlar belə tutulmuşdu - Cəzaları müəyyənləşdi (VİDEO)
-
Beyləqanda 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirildi - Fotolar
-
Qəbələdə dağlıq ərazidə yanğın olub - Fotolar
-
İdmançımız Parisdə verilən medaldan narazıdır: “Rəngi gedir, paslanır”
-
“Ermənistan tərəfindən ciddi addımlar görmürük” - Nazir
-
Bakıda 10 yeni metro stansiyası tikiləcək - RƏSMİ
-
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
-
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
-
Bakının bu ərazisində 3 gün su olmayacaq - Xəbərdarlıq
-
“Saxlanılan gəmilərimizlə bağlı danışıqlar aparılır” - Ceyhun Bayramov
-
Türkiyə səfiri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
-
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
-
Maşını satmağın vaxtı çatdığını göstərən siqnallar: 3 gözlənilməz əlamət
-
Təyyarə qəzasının istintaqı necə gedir? - Yeni açıqlama
-
Azərbaycanda bir dəqiqəlik sükut - 20 Yanvar şəhidləri anıldı
-
Prezident Şəhidlər xiyabanında - Fotolar
-
Baş prokuror estetik cərrahlardan danışdı: Konkret faktlar var
-
Trampın inauqurasiyasına bir neçə saat qalmış dollar dəyər itirir - SƏBƏB
-
Qubaya 17 sm qar yağıb - Faktiki hava
-
Köhnə binaların aqibəti necə olacaq? - Eldar Əzizovdan açıqlama
-
Bakıda film kimi hadisə - Banka külli miqdarda borcunu bağladı, sevincdən öldü
-
Elektron reseptə tam keçid niyə reallaşmır? - VİDEO
-
Gürcüstanda “donuz qripi“ yayılır - Ölənlər var
-
Rusiyanın keçənilki itkiləri öncəki 2 ildən daha çoxdur - Sırski
-
1 milyondan çox insana 200 manat verilə bilər - Azərbaycanda
-
Azərbaycanlı xanım Trampın inauqurasiyasına dəvət olundu - FOTO
-
Elan saytlarında istismara yararsız qaz balonları satılır - VİDEO
-
İxtiyar 13 il əvvəlki qətlə görə tutuldu - Bu illər ərzində elə cinayətlər işləyib ki...
-
Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir
-
Təbiisi baha, ucuzu isə zərərli - Bəs nə yeyək?
-
Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi - FOTO
-
Pensiyaların artım faizi bəlli oldu - Yeni MƏBLƏĞ
-
20 Yanvar faciəsindən 35 il ötür
-
Bəzi ərzaq məhsullar ucuzlaşacaq - VİDEO
-
Ağdamda beş yeni məhəllə salınır: Şəhər sıfırdan inşa edilir (VİDEO)
-
“TikTok“, “YouTube“ və “Instagram“dakı qısa videolar insan beyninə mənfi təsir göstərir - TƏDQİQAT
-
Xəstəxana işçisi dələduzluğa görə həbs edilib: 17 min manat alıb
-
Metrodan istifadə edənlərin nəzərinə! - Yanvarın 20-də...
-
Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi - FOTO
-
“Şahdəniz”də hasilat bərpa olundu - Avropaya qaz nəqli artacaq
-
“Rusiya və ABŞ Ukraynanın hərbi neytrallığı barədə razılığa gələ bilər“ - Tibor Qaspar
-
Husilərin dünya iqtisadiyyatına vurduğu ziyan açıqlandı - ŞOK RƏQƏM
-
Xankəndiyə səyahətə getmişdi - oğurluğa görə tutuldu
-
Trampın komandası Venesuelada hakimiyyət dəyişikliyi istəyir - “Axios“
-
GMO-lu qidalara necə nəzarət olunmalıdır? - Açıqlama
-
Avropada ən ucuz və ən bahalı benzin hansı ölkədə satılır? - Tam siyahı
-
Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)
-
Qərb derbisində 7 qol: “Kəpəz“ “Turan“a qalib gəldi
-
Plastik cərrahiyyədə anarxiya dövrü - Çıxış yolu nədir?
-
Bulaq başından 15 yaşlı qız qaçırdı, ölən quzuya görə başına iş gəldi
-
Kənd yumurtasının qiyməti 50 qəpik oldu - VİDEO
-
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
-
Sabah bəzi marşrutların hərəkət istiqaməti dəyişdiriləcək - Xəbərdarlıq
-
Trampın inauqurasiyasından sonra kütləvi deportasiya başlanacaq - The Wall Street Journal
-
“Roma Avropa İttifaqının paytaxtı olmalıdır“ - Meloni
-
Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)
-
Bakıda gecə avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO
-
Medvedevdən Baydenə sərt ifadələr: “Reallıqdan qopmuş marazmatik“
-
Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? - VİDEO
-
İmişlidə istintaq olunan şəxslər vəkillə təmin olunublar - RƏSMİ
-
Bakıda yağış yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
-
HƏMAS girovların siyahısını təqdim etdi: 19 yanvarda azad ediləcəklər
-
Ağciyər xərçənginin qarşısını ala bilən İSTİOT
-
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - Açıqlama
-
Bakıda 20 Yanvar günü bəzi yollar bağlanacaq - SİYAHI
-
ABŞ-də Tiktok qadağa edildi - Məhkəmə rəsmən təsdiqlədi
-
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - Fotolar
-
İmişlidə kafedə dava: 20 yaşlı uşaq 30 yaşlı şəxsin boğazını kəsdi
-
Azərbaycanda avtomobil təkərləri bahalaşdı - VİDEO
-
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib - Nələr müzakirə olunub?
-
Hərbi vəzifəlilər atıcı silahlardan və qumbaraatanlardan praktiki atış ediblər - VİDEO
-
Dağlıq rayonlarda qar yağıb - Faktiki hava
-
Azərbaycanda meymunçiçəyinə ilk yoluxma aşkarlandı - Rəsmi
-
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda
-
Bal adı ilə satılan şərbətlər - keyfiyyət problemi
-
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı
-
“Vyetnamla birlikdə sosializmin çiçəklənməsinə kömək etməyə hazırıq“ - Çin Sədri
-
Toyuq əti ilə bağlı narazılıq:“Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur“
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
“Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirməyəcək“ - “Fitch“
-
Növbəti köç karvanı Cəbrayıla yola düşdü - FOTOLAR
-
Bu gün məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Klublarımızın qış transferləri: Kim gəlir, kim gedir?
-
Tramp və Si Cinpin arasında telefon danışığı olub - Müzakirə
-
Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO
-
“Caspian Engineering Solutions“ MMC işçilərin maaşlarını vermir - VİDEO
-
Meyvə-tərəvəz bazarında qiymətlər necədir? - VİDEO
-
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü - Hər ay 116 min ödəyəcək
-
Nübar qəsəbəsində partlayış olub - 5 nəfər yaralanıb
-
“Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər“ - Blinken
-
Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı
-
Arayik Harutyunyan Azərbaycan xalqından üzr istədi - “İndi bu bəyanata görə təəssüflənirəm...“
-
“Türkiyənin məqsədi Suriyanın terrorçulardan tamamilə təmizlənməsidir“ - Ərdoğan
-
Krediti ödəmədən bağlamaq mümkündür? - VİDEO
-
Arayik və Vardanyan məhkəmə qarşısında - FOTO
-
“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb
-
ABŞ məhkəməsi “TikTok”la bağlı qərarını verdi - Bloklanır
-
İki milyon manata yaxın mənimsəmə işi: vəzifəli şəxslər hakim qarşısına çıxarılır
-
52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
-
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - “Unisell“ə bağlı müəmma
-
Rusiya və İran arasında saziş imzalandı - Strateji tərəfdaşlıq
-
ABŞ Ukraynada PUA istehsalına gizli investisiya edib - Məxfi səndlər üzə çıxdı
-
Qanunsuz mərc saytı “Betbuta” ermənilərinmiş - FOTOLAR
-
“Bu tarixdən Rusiyaya qatarla getmək mümkün olacaq“ - Sərnişindaşıma bərpa olunur?
-
“Toplum TV“ işi üzrə daha iki nəfər həbs edildi - Məhkəmədən qərar
-
Qripdir deyib keçməyin, 2 nəfər qızdırmadan öldü - VİDEO
-
Yağış intensivləşəcək, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
-
Bəzi ərazilərə qar yağır - Faktiki hava
-
Kobaxidzenin Azərbaycana səfəri BAŞA ÇATDI
-
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
-
İlham Əliyevin İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü oldu - FOTO
-
Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirdi - Fotolar
-
Dollar neçəyə olacaq? - 4 günlük rəsmi məzənnə açıqlandı
-
Ötən ilin 11 ayında nikahların sayı azalıb - Boşanmaların sayı dəyişməyib
-
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
-
“Regionumuzda üçüncü qüvvələrin mövcudluğu yalnız sabitliyi poza bilər“ - Pezeşkian
TOP 10
ARXİV