Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Əlilliyi olan şəxslərə pulsuz verilən dərmanların sayı artırılıb - VİDEO

Tarix 25.05.24, 23:21

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda dəyişiklik edib.

Xezerxeber.az-ın xəbərinə görə, “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”na Loratadin (tablet), “Ürək damar sistemi üçün dərman vasitələri” sırasına Amlodipin+İndapamid+Perindopril (tablet), Ramipril (tablet) daxil edilib.

Eyni zamanda “Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri” sırasına Betahistin dihidroxlorid (tablet), Neostiqmin metilsulfat (inyeksiya üçün məhlul), “Həzm sisteminə təsir edən dərman vasitələri” sıyahısına Bisakodil (tablet), “Tənəffüs sisteminə təsir edən dərman vasitələri” siyahısına Montelukast (tablet), Dornase alfa (inhalyasiya üçün məhlul), Hipertonik (natrium xlorid məhlulu+natrium hialuronat inhalyasiya üçün məhlul), “Vitamin və minerallar” sıyahısına Maqnezium + Piridoksin HCl (tablet), “Antimikrob dərman vasitələri” siyahısına Metronidazol, Ofloksasin, Siprofloksasin və Ko-trimoksazol tabletləri və Tobramicin (inhalyasiya üçün məhlul), “Epilepsiya əleyhinə dərman vasitələri” siyahısına Preqabalin (kapsul) daxil edilib.

Qərara əsasən, əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırılıb, 20 adda dərman siyahıya yeni əlavə olunub. Əlilliyi olan şəxslər pulsuz dərman vasitələri ilə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə müəyyən etdikləri tibb müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Dərman preparatlarının dəyəri tibb müəssisələri tərəfindən bu məqsədlə İcbari Tibbi Sığorta Fondunda (İTS) nəzərdə tutulmuş vəsait hesabına ödənilir.





Xəbərin oxunma sayı : 952




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap