Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə
Axtar
 
  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

  • / Maqazin / — 11 Yanvar 2023

    İstədiyim məbləği versələr lüt soyunaram - Afaq

  • / Maqazin / — 06 Yanvar 2023

    “Mənimlə rəqabət aparanın ağlı yoxdur” - Roza

Əliyev və Ərdoğan generallara zəng etdi - VİDEO

Tarix 06.12.22, 17:42

Font ölçüsü : - / +
bitmap-img6


“Qardaş yumruğu” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətini təbrik ediblər.

Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  Azərbaycan-Türkiyə hərbi təliminin iştirakçılarını təlimlərin uğurla başa çatması münasibətilə təbrik edib.

Prezident təbrikini Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təliminin iştirakçılarına müraciəti zamanı çatdırıb.

Azərbaycan lideri vurğulayıb ki, Azərbaycan və Türkiyənin birliyi əbədidir: “Birliyimiz sarsılmazdır, əbədidir”.

“Bu təlimin adı “Qardaş yumruğudur”. Yaşasın Türkiyə- Azərbaycan qardaşlığı”, - dövlət başçısı bidirib.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir millət, iki dövlət anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi birliyimizin gələcəkdə də davam etdiriləcəyini qeyd edərək bütün şəxsi heyəti təbrik edib.

"Türkiyə və Azərbaycanı kimsə bir-birindən ayıra bilməz” - deyə,  Ərdoğan Azərbaycanla Türkiyənin birgə hərbi təliminin iştirakçılarına müraciətində deyib.

O bildirib ki, birgə hərbi təlimlər bunu göstərdi: “Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirdi”.






Xəbərin oxunma sayı : 880

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap