“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Əliyevin sözlərindən sonra Xankəndidəki ermənilər nəyi qəbul etdi?

Tarix 23.05.21, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin Zəngəzur dəhlizi üzərində iş getdiyi və Qarabağa heç bir statusun verilməyəcəyi haqda son çıxışında dediyi fikirlərdən sonra Xankəndidəki ermənilər "hər şeyin bitdiyini” hesab edirlər.

Xankəndidəki separatçı "parlamentin” keçmiş "deputatı” Arzik Mkitaryan mövcud vəziyyəti belə təsvir edir:

- Ermənistan-Azərbaycan sərhədinin gündəmdə olduğu vaxt Qarabağ məsələsindən söhbət gedə bilməz, Bakı bu ərazilərin Azərbaycana məxsus olduğunu davamlı olaraq söyləyir, Ermənistandan isə heç bir reaksiya görmürük;

- Bu gün "Artsax”ın (Qarabağ) sərhədləri yoxdur, Azərbaycanın hərbi karvanı "Artsax”dan keçib, Kəlbəcərə gəlir, erməni əhalinin gözləri önündən keçib Şuşaya yük daşıyırlar, bu onu təsdiqləyir ki, artıq Qarabağda bizim sərhədimiz yoxdur;

- Ermənistanda da artıq bizim gələcəyimiz gündəmdə deyil;

- Əhali problemlər içindədir və heç kim kömək etmir;

Erməni mənbələrin Xankəndidə baş verənlərlə bağlı daha bir informasiyası diqqət çəkir. Məlumatlara görə, baş separatçı Araik Arutyunyan "hərbçilərlə” görüşərək, "ordu”nun ixtisara salınması məsələsini müzakirə edib.

Azərbaycan Ordusu isə son bir həftədə iki dəfə anti-terror əməliyyatının məşqini edib.

Asif Nərimanlı



Xəbərin oxunma sayı : 454




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap