“Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO Günel Nəfəs barədə: “Başından böyük danışma!“ “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

  • / Maqazin / — 10 Fevral 2024

    Günel Nəfəs barədə: “Başından böyük danışma!“

  • / Maqazin / — 03 Fevral 2024

    “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova

  • / Maqazin / — 06 Yanvar 2024

    “Sevəcəyim şəxs minimum milyonçu olmalıdır“ - Roza Zərgərli

  • / Maqazin / — 05 Yanvar 2024

    Azərbaycanlı model Dubayda ərə getdi - FOTOLAR

“Lotu Quli“nin qətlinə görə tutulanlara ağır cəza istənildi: Lənkəranskinin qardaşı axtarışa verildi

Tarix 24.10.23, 19:56

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə öldürülən azərbaycanlı avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Manavqat 2-ci Ağır Cəza Məhkəməsində prokuror ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlanlının, Rəsul Həsənovun ömürlük azadlıqdan məhrum edilmələrini tələb edib.

Həmçinin prokuror çıxışında bu işlə əlaqəsinin istintaq dövründə sübuta yetməsi səbəbindən Namiq Canıyev (mərhum Rövşən Lənkəranskinin qardaşı), Cəfər Əlizadə, Xanımnisə Məmmədova, hazırda Bakıda həbsdə olan Camal Həsənovun cinayət işinin ayrıcı icraata götürülməsini istəyib və onların beynəlxalq axtarışa verildiyini qeyd edib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkillərinə müdafiə nitqinə hazırlamaq üçün vaxt verilib.

Qeyd edək ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada hoteldə güllələnərək qətlə yetirilib. Onun Rövşən Lənkəranskinin tərəfdarlarının sifarişi əsasında yaxın adamı Xaqan Zeynalov tərəfindən qisas məqsədilə öldürüldüyü deyilir.



Xəbərin oxunma sayı : 616




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap