| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Məmurlar xaricdəki bloqerlərə 500 min avro verib? - Qalmaqal böyüyür
Tarix 29.05.24, 16:40 |
|
Xaricdəki bloqerlərin Azərbaycanda hansısa məmurlardan böyük məbləğdə pul alması ilə bağlı iddialar böyüyür.
AzFakt.com Lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Avropada yaşayan siyasi fəal Surxan Lətifov belə bir status paylaşıb: “Deməli, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı bloqerlərə qarşı araşdırma başladıb. Məsələ bundadır ki, həmin bloqerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pulvermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. ...İndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı bloqerin adı hallanır”.

Surxan Lətifovun bu açıqlamasından bir neçə gün sonra isə hazırda Almaniyada yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı feysbuk sosial şəbəkəsində status yazıb. O, konkret sübut olmadığını qeyd edərək, ad çəkmək istəməyib, lakin xaricdə yaşayan azərbaycanlı bloqerlərin Azərbaycan məmurlarını şantaj edərək pul alması barədə məlumatlar eşitdiyini və Almaniya prokurorluğuna sorğu göndərdiyini yazıb.
“Azərbaycan hakimiyyəti Avropda olan bəzi bloqerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib. Hətta deyilənə görə bir bloqer şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsüsən Avropada bunu bağışlamırlar. Həm də inanmıram ki, Almaniya bazarlığa gedə, Azərbaycan höküməti iddiadan geri çəkilsə, almanlar işi bağlaya. Bağlamazlar” - deyə, Muxtarlı qeyd edib.
Tural Sadıqlı isə sahibi olduğu youtube kanalında bu iddiaları yalan adlandırıb, əksinə ona qarşı belə iddia səsləndirənlərin “Azərbaycan hakimiyyəti tərəfindən Avropa yerləşdirildiklərini” qeyd edib.

Əfqan Muxtarlı növbəti statusunda Tural Sadıqlının öz statusuna istinad edərək onu Azərbaycanın hakimiyyət nümayəndələri ilə iş birliyində ittiham edib.
Qeyd edək ki, sosial şəbəkə platformalarında Azərbaycan hakimiyyəti ilə bağlı sərt və ağır təhqirlərdən ibarət ritorikadan istifadə edən Tural Sadıqlı bu günlərdə xarici medianın “azərbaycanlı bloqerlərdən istifadə etdiyini” əsas gətirərək onlarla əməkdaşlıqdan artıq imtina etdiyini qeyd edən status yazıb.
“Mənim xaricdə belə etirazım varsa, düşünürəm ki, bu etirazı öz dilimizdə, öz hakimiyyət nümayəndəmizə etməliyəm və edirəm. Baxmayaraq ki, alman, ingilis, rus, ərəb dillərində danışıram və bunu etməyə imkanlarım da var. Əvvəllər bunu etmişəm. Lakin düşünürəm ki, səhv etmişəm”, - deyə Tural Sadıqlı qeyd edib.
Əfqan Muxtarlı isə qeyd edib ki, Tural Sadıqlının bu ritorika dəyişikliyi Almaniya prokurorluğunun “bildiyi söhbətlərlə” bağlıdır: “İndi alman prokurorluğu da bilir söhbəti. Və alman prokurorluğu çox söhbətləri bildiyi üçün Tural problemləri "öz hakimiyyətimizin nümayəndəsi ilə etməliyəm və edirəm" deyir”.
Tural Sadıqlı isə ikinci videomüraciətində onunla bağlı Azərbaycanda axtarış elan edilməsi səbəbindən Almaniyada 2015-2016-cı illərdə “mühacir statusunun ləğv edilərək Azərbaycana təhvilvermə” ilə bağlı məhkəmə prosesləri keçirildiyini xatırladıb. Lakin həmin vaxt məhkəmə onun mühacir statusunun davam etməsinə qərar verib.
Əfqan Muxtarlının Almaniya prokurorluğuna sorğu göndərməklə bağlı anonsu Tural Sadıqlı tərəfindən “donosbazlıq” (!) kimi qiymətləndirilib. O, eyni zamanda Azərbaycana qaytarılması məsələsində Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kəriminin də maraqlı olduğunu bildirib.
Əfqan Muxtarlı isə bir daha Almaniya prokurorluğuna sorğu göndərdiyini yazıb və bəzi faktlar açıqlayıb: “Bəli, Almaniya prokurorluğuna sorgu göndərərək Azərbaycandan olan bloqerlərə cinayət işinin açılması barədə mətbuatda gedən məlumatlara, eyni zamanda cinayət işi üzrə ifadə verən adamların açıqlamalarına rəsmi şəkildə münasibət bildirmələrini istəmişəm. Tural, bu sorğu səni niyə narahat edir? Burada söhbət məsələyə aydınlıq gətirməkdən gedir, hər hansı məlumat verməkdən yox. Şəxsən mən Turala qarşı cinayət işinin qaldırıldığını deməmişəm. Çünki məndə məlumat olsa da, rəsmi sənəd yoxdur. Və rəsmi sənəd olmasa, kimsənin də adını çəkən deyiləm. Mən Tural deyiləm ki, faktsız adamlar barədə danışım, yazım. Hələ onu demirəm ki, istintaqdan qaçıb gedənlər var. Almaniyada qala bilmirlər, Bakıya dönmək üçün də razılıq vermirlər”.
Əfqan Muxtarlının sərt ifadələrlə yazdığı statusundan görünən odur ki, “müxalifətçi bloqer adı ilə kimisə şantaj edib pul alanlar”, məmurlardan faktları gizlətmək müqabilində pul alanlar, “Azərbaycanda məmurların etdiyi özbaşınalıqlar barədə faktları bloqerə verən vətəndaşın adını 5-10 min avroya görə” həmin məmurlara deyənlər olub.
“Mən Turalın məlum statusuna görə tənqid etmişəm. Onun pul alıb-almaması ilə bağlı heç nə deməmişəm”, - deyə Muxtarlı yazıb.

Almaniya Prokurorluğundan isə saytın yazılı sorğusuna cavab olaraq Federal Ədalət Məhkəməsinin dövlət ittihamçısı, mətbuat katibinin müavini Michael Ramöllerin imzası ilə belə bir cavab verilib: “Federal Prokurorluq həbslər və ittiham aktları halında apardığı istintaq prosedurları barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verir. Bundan başqa, Federal Prokurorluq, ümumiyyətlə, konkret araşdırmalar apardığını və ya konkret məsələ ilə məşğul olduğunu açıqlamır. Bununla belə, qeyd etmək istərdim ki, Federal Prokurorluq federal orqan olaraq yalnız dövlət təhlükəsizliyi sahəsində cinayət təqibini həyata keçirir. Əks halda, məsuliyyət federal əyalətlərin prokurorluq orqanlarının üzərinə düşür. Bu, şantaj iddialarına da aiddir”.
Sadıqlı kimlərlə görüşüb?
Əfqan Muxtarlının Tural Sadıqlı ilə bağlı yazdığı sonuncu statusunda diqqətçəkən məqam isə Sadıqlının görüşdüyü və əməkdaşlıq etdiyi məmurlarla bağlıdr: “Tural statusunda iddia edir ki, xaricilərə Azərbaycanda baş verənlər barədə danışmaq olmaz, xaricilərin konfransında iştirak etmək olmaz. Əvvələr edibmiş və peşman olub. Həmin statusda da qeyd edib ki, mən problemləri öz hakimiyyətimizlə, öz məmurumuzla müzakirə edirəm.
Bax, sual verirəm, sən, Tural Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətci, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində? Mən belə bir status yazsaydım, satqın elan edilmişdim. Tural və onun kimiləri yeri göyü dağıdırdı. Mən Turala satqın-filan demirəm. Qoy camaat özü qiymət versin. Sadəcə yuxarıdakı suallara cavab yazsın bəsdir”.
.jpg)
Muxtarlı Turalın atası Əlövsət Sadıqlının Prezident Aparatında görüşüb Turalın məsələsini müzakirə etmək istədiyini yazdığını da xatırladıb.
Əlövsət Sadıqlı sayta açıqlamasında Prezident Administrasiyasına görüşə getdiyini təsdiqləyib. O, hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşları ilə görüşdüyünü bildirib: "Bəli, oğluma görə Prezident Administrasiyasına getmişəm. Ora getməkdə məqsədim oğlumun təhlükəsizliyi ilə bağlı olub. Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşları məni qəbul etdilər və dinlədilər".
Məmurları şantaj və məmurların şantajı
Yaxın tarixə nəzər yetirəndə bəzi azərbaycanlı məmurların mediadan “rəqib hesab etdikləri digər məmurlar”a qarşı qara piar aparmaq üçün istifadə etdiyini xatırlaya bilirik. Məmurlar mediadan istifadə edərək digər məmurlara qarşı şantaj kampaniyası aparır, onların özləri və ailə üzvləri ilə bağlı məlumatları mediaya sızdırırdılar.
Köhnələrdən daha çox Ramiz Mehdiyev, Eldar Həsənov və Eldar Mahmudovun bu məsələdə həvəsli olduqlarını xatırlatmaq mümkündür. Onlar yaratdıqları, sonradan isə “reket media” adı qoyduqları kiçikçaplı media orqanlarının (əvvəl qəzet, sonra isə saytlar) vasitəsilə maraqlarına uyğun olmayan məmurlar barədə məlumatlar yaradıb yayırdılar. Bu kiçikçaplı qəzet və saytlarda yayılmış “ilkin informasiya” daha sonra daha tirajlı media ilə “istinad mədəniyyəti nümayiş etdirilərək” tirajlanılır, ictimai müzakirəyə nail olunur və gündəlik hesabatlarda əksini tapırdı.
Son 3-4 ildə ölkə daxilində media ilə bağlı yaradılmış şəffaf mühit, medianın məmurlardan asılılığının əhəmiyyətli dərəcədə azalması yerli media üzərindən bu cür “əməliyyatlar qurmağa” imkan vermir. Ara-sıra baş verən epizodik halların qarşısı isə alınır, bunu edənlər asanlıqla ifşa olunurlar.
Yeni üsul isə xaricdə məlumatları gizlədilmiş domenlər və sosial mediada yaradılmış səhifələr vasitəsilə informasiyaların tirajlanmasıdır. Tural Sadıqlı və Əfqan Muxtarlı arasındakı mübahisələri diqqətlə izlədikdə isə prosesə xaricdəki bloqerlərin də cəlb edildiyini deməyə əsas verir.
Diqqətli izləyici xaricdəki bloqerlərin, o cümlədən xaricdəki “media orqanı” adı ilə fəaliyyət göstərən “TV-lərin” yazdığı “araşdırmaları” izlədikdə xeyli məqsədli sızdırılan məlumatın olduğunu görə bilir.
O zaman sual ortaya çıxır: Bu “TV” və bloqerlərin məqsədi, ritorikası, apardığı qara piar kampaniyası göz önündədir. Onlar, belə desək, öz məqsədləri üçün işlərini yerinə yetirirlər. Yaxşı, bəs onlarla əməkdaşlıq edən məmurlar və ya məmurların nümayəndələri kimlərdir? Bu məlumatlar hansı üsullarla ötürülür?
Suallar açıq qalır…
Xəbərin oxunma sayı : 1486
Gündəm
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Suraxanıda yol problemi: İcra nümayəndəsi “düzələr“ deyib getdi
-
Heç vaxt qazı olmayan kənd - “Gərək bir inəyini verəsən ki, odun alasan”
-
Xaricdə təhsil şirkəti sizi aldadıbsa, nə etməlisiniz? - Açıqlama
-
“Qarabağ“ mübarizəni dayandıdı - 12 illik seriya qırıldı
-
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
-
“İran və Qətər əməkdaşlığı bərpa edə bilər“ - Pezeşkian
-
Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDAARLIQ
-
Azərbaycanlılar niyə bu qədər dişsizdir - ARAŞDIRMA
-
Moskvadan Paris və Londona sərt xəbərdarlıq - “Atəşlə oynayırsınız...“
-
“Sabah”ın rəqibləri məlum oldu: “Barselona”, “Arsenal”, “Man.Yunayted”…
-
Bakıda qanlı insident - İcra başçısının atası adam vurub?
-
Adi 1 dollar sizi zəngin edə bilər: Bu əskinaslara diqqət edin!
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Ülviyyə İlyasovanın cəzası aktrisaya görə artırıldı - Saxlanıldığı yer dəyişdirildi
-
Azərbaycan Rusiyadan idxalı kəskin azaltdı - rəqəmlər açıqlandı
-
“Niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?“ - Əməkdar artist
-
Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçırdı - Kürdəmirdə saxlanıldı
-
Moskva Rumıniya diplomatını qovdu – XİN bəyanat yaydı
-
129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı? - VİDEO
-
TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO
-
Milli Kibertəhlükəsizlik Agentliyində dəyişiklik - Onlar yeni vəzifəyə təyinat aldı
-
“Qarabağ“dan bir gündə 3 transfer - İkisi gəldi, biri gəlir...
-
Hansı qiymətə mənzil almaq yaxşı investisiya sayılır? - İqtisadçı rəqəmləri açıqladı
-
Moskvadakı səfirliyimizin önündəki təxribatın görüntüləri yayıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Koneks Construction“un tenderdən-tenderə dəyişən üzü: Tikinti, geyim, təsərrüfat malları
-
Moskvada Azərbaycana qarşı təxribat - Rəsmi Bakının CAVABI
-
Azərbaycanda ticarət obyektlərində pozuntular aşkarlanıb - FOTOLAR
-
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
-
Prezidentdən “Sabah“ futbol klubu ilə bağlı Sərəncam - Pul ayrıldı
-
Saxlanılan Nigar Fərhad əslində kimdir? - “Sözün bitdiyi an“
-
Ermənistanda Rusiyayönlü qüvvələrə qarşı repressiyalar artır - Zaxarova
-
Tövlə, hin inşası üçün vəsait ayrılmayıb - Xankəndi sakinlərinə müraciət
-
Bu qədər abituriyent kənarda qaldı - 500-dən yuxarı bal toplasalar da
-
Nepaldan və Tibetdən dəhşətli xəbərlər - İtkin düşənləri 700-dən çoxu xarici turistlərdi
-
Təhsil tələbə kreditinə müraciət başlayır: Kimlər yararlana biləcək?
-
Süni İntellekt dövlət qurumlarına necə təsir edir? - “Xərc 20 manatdan 8-ə düşübsə...”
-
Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? - VİDEO
-
Məişət texnikası və mətbəx əşyalarının qiymətləri nə qədər artıb? - Siyahı
-
Trampın oğlunu öldürənə 10 milyon mükafat - İrandan qəribə addım
-
Azərbaycana ən çox turist iki ölkədən gəlir - Rəqəmlər açıqlandı
-
Məktəbli geyimlərinin qiymətləri və satış ünvanları açıqlandı - SİYAHI
-
DİM qəbulun nəticələrini açıqladı - 59 minə yaxın abituriyent tələbə oldu
-
SOCAR 2025-ci il üzrə maliyyə nəticələri: 12,6 milyard manat mənfəət
-
Nepaldakı daşqının dəhşətli görüntüləri - 100-dən çox insan ölüb + VİDEO
-
İlham Əliyev Maya Sanduya məktub göndərib - MƏTN
-
Əhali ən çox bu ərzaqların alışına pul xərcləyir - Statistika
-
Podrat yoxsa xidmət? - Ali Məhkəmə fərqi dəqiqləşdirdi
-
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
-
Sosial şəbəkələrdə saxta xidmətlər - DİN xəbərdarlıq etdi
-
Robert Koçaryan həbs edildi - Hansı ittihamlar irəli sürülüb?
-
ABŞ qənimət məhkəmələrini bərpa edir - İran neft tankerlərinin ovlanmasına hazırlıq
-
Nigar Fərhad saxlanıldı - Aparıcı istintaq nəzarətindədir
-
Küləkli havada dənizə girməyin! - Müraciət
-
Azərbaycanda hər 5 uşaqdan 1-i rəsmi nikahdan kənar doğulur
-
Nizami rayonunda abadlıq işləri aparıldı, tullantılar isə təmizlənmədi - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
CİA direktoru Rusiyada nəyi müzakirə edib? - Yeni detallar
-
Mİ6 Rusiya təhlükəsi ilə bağlı məlumat verdi - Britaniyadan şok xəbərdarlıq
-
58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO
-
“Pullar və bank kartlarının hamısı yandı” - Ev sahibi yanğından DANIŞDI
-
Niyə bəzi insanlar pul qoxusunu sevir - Bunun səbəbi nədir?
-
ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq - Tramp
-
Enzo Fernandes üçün 152 milyon ödəməyə hazırdırlar - İngiltərədə rekord
-
Müəllimlərin nəzərinə: Vakansiya seçimi başlayır
-
Avropada turistlərin yeni seçimi - İstidən şimala qaçırlar
-
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib - Təbrik etdi
-
Zəngilan məktəbi üçün 2 milyonluq mebel və avadanlıq - Qalib şirkətin sahibi kimdir?
-
Avqustun 27-si və 28-də bu yollar bağlanacaq - XƏBƏRDARLIQ
-
“Onun öldüyünü düşünmürəm” - Tramp Xameneidən danışdı
-
Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi - “Hraparak”
-
Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - Fotolar
-
Qardaşına ömürlük həbs cəzasının verilməsini istədi - Emil Ağayevin cinayət işi
-
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - İqtisadçı səbəbini açıqladı
-
Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada böyük rəğbət qazanıb - Ziroat Mirziyoyeva
-
Generalın adından istifadə edib 75 min mənimsədi - Həbs edildi
-
Pezeşkian ABŞ-a xəbərdarlıq etdi - “Heç nəyə nail ola bilməyəcəksiniz...”
-
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? - SİYAHI
-
Mehriban Əliyeva qızları ilə açılışlarda - FOTOLAR
-
Problemli kreditlər 723 milyon manata çatdı - Son 1 ildə 37% artım
-
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb - SEPAH
-
Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək
-
Moskva və Şam arasında telefon təması: Putinlə Əhməd əş-Şər arasında kritik danışıq
-
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR karvanı - VİDEO
-
Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
-
Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım - FOTO
-
Əmlak sahibinin hüquqları - Qanun nə deyir?
-
“Koçaryanla bağlı zəng etməyin” - Simonyan Moskvaya ismarıc göndərdi
-
610 bal topladı, universitetə qəbul olmadı - FOTO
-
MİDA əməkdaşının sürücüsündən dələduzluq: “Pulu notariusun qarşısında aldım“
-
“Energetik” görüntüsü, adi sərinləşdirici içki: İstehlakçı niyə aldadılır?
-
Bakı və Masallıda pensiya dələduzluğu - Vətəndaşlar necə aldadılıb?
-
“Milyonçu“ şousundan Çempionlar Liqasına... - Dambrauskasın maraqlı həyat hekayəsi
-
Prorektorun vəzifəsi ləğv edildi - Rəşad Əliyev müşavir təyin olundu
-
Hörmüz boğazının bağlanması Qətəri çökdürdü: Maye qaz ixracı 96% aşağı düşdü
-
“Ermənistan bizi aldatmasın...” - Volodin də İrəvanı təhdidi etdi
-
Polad Bülbüloğlu kiminlə evlənib? - Tanınmış rəqqasədir + FOTO
-
Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ
-
Ölkəyə palma yağı gətirilməsində rekord - daha hamı yeyir?
-
Prezident İlham Əliyev “Sabah“ı təbrik etdi - FOTO
-
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
-
“Sabah” rekord məbləğdə gəlir əldə edib - Məbləğ bəlli oldu
-
Pakistanda xəstəxanada yanğın oldu – 15 körpə öldü
-
Bakıda tikilidə yanğın oldu: 36 yaşlı kişinin meyiti aşkarlandı (VİDEO)
-
Mərhum Xalq artistinin bağ evi satılır - 1,15 milyon manat qiymət qoyuldu
-
Azərbaycan nefti 3 dollardan çox ucuzlaşdı - Yeni qiymət
-
Trampdan Kanadaya ağır ittiham - “Bizi illərdir qarət edirlər”
-
Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO
-
Salmonella epidemiyası: 8 ölkədə yumurtalar satışdan yığışdırılır
-
Azərbaycandan xaricə çıxarılan pullar necə geri qaytarılır? - Əməliyyatlara “Musto” və oğlu rəhbərlik edir
-
Yeni binada aparılan tikinti sakinlərə problem yaratdı - VİDEO
-
Tarixə çevrilən qardaşlıq nümunəsi
-
Ortaq dəyərlər üzərində yüksələn müttəfiqlik
-
Bu gün Laçın Şəhəri Günüdür
-
Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?
-
"Sabah" Çempionlar Liqasında tarix yazdı - İlk dəfə Liqa mərhələsində
TOP 10
ARXİV






