“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bir vaxtlar nümunə göstərilən dayanacaqlar indi bərbad vəziyyətdədir - VİDEO

Tarix 25.11.26, 8:30

Font ölçüsü : - / +
bitmap-img6


Altı il əvvəl İsmayıllı şəhərinin mərkəzində quraşdırılan ağıllı avtobus dayanacaqları müasir funksiyaları ilə diqqət çəksə də, bu gün həmin yeniliklərdən əsər-əlamət qalmayıb.

Xezerxeber.az-ın məlumatına görə, müxtəlif imkanları ilə seçilən bu dayanacaqlar hazırda yararsız vəziyyətdədir.

Əvvəllər sərnişin yaxınlaşdıqda avtomatik açılan qapılar indi işləmir. İçəridə quraşdırılan kondisioner öz funksiyasını itirib. Telefonları enerji ilə təmin etmək üçün nəzərdə tutulan qurğulardan da istifadə etmək mümkün deyil. Oturacaqlar isə baxımsız vəziyyətdədir. Yağış suları birbaşa dayanacağın içərisinə axır.

Gecə saatlarında avtomatik işıqlanması nəzərdə tutulan sistem də hazırda fəaliyyət göstərmir.

Sakinlərin sözlərinə görə, dayanacaqlar ilk istifadəyə verildiyi vaxtlarda bütün bu imkanlardan yararlanmaq mümkün idi. Lakin indi vəziyyət ürəkaçan deyil. 

İsmayıllı şəhər üzrə icra nümayəndəliyindən bildirildi ki, sözügedən dayanacaqlar qurumun balansındadır. Onların təmiri və fəaliyyətinin bərpası məqsədilə artıq bir sıra aidiyyəti təşkilatlara rəsmi müraciətlər ünvanlanıb. Lakin hələlik texniki nasazlıqların aradan qaldırılmasını öz öhdəsinə götürəcək ixtisaslaşmış təşkilat tapılmayıb. Bildirilib ki, müvafiq qurumlarla razılıq əldə olunduqdan sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin abadlıq işləri üçün ayırdığı vəsait hesabına dayanacaqlarda təmir işləri aparılacaq.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap