“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mənzilini sığortalayanlara xəbərdarlıq – Bu hallarda ödəniş verilməyəcək

Tarix 24.11.26, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


Mənzilin sığortalanması vətəndaşların əmlakını müxtəlif risklərdən qorumağa xidmət etsə də, bəzi hallarda sığorta şirkəti ödəniş etməkdən imtina edə bilər.

Bəs hansı hallarda vətəndaş sığorta ödənişi ala bilməz?

Mövzu ilə bağlı Konkret.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, sığorta ödənişindən imtinaya səbəb olan bir sıra hallar mövcuddur:

“Əgər sığorta hadisəsi qəsdən törədilibsə, ödənişdən imtina oluna bilər. Eyni zamanda, yaşayış sahəsində istifadəsi qadağan olunan avadanlıqların istehsalat məqsədilə işlədilməsi nəticəsində baş verən yanğın və ya partlayış da sığorta ödənişindən imtinaya əsas yaradır”.

Ekspert qeyd edib ki, sığorta hadisəsi zamanı və ya ondan sonra baş verən bəzi oğurluq halları da təminata daxil deyil:

“Məsələn, hadisə zamanı və ya hadisədən sonra mənzilin qapı və pəncərələrinin oğurlanması daşınmaz əmlakın icbari sığortası üzrə təminata daxil deyil. Bu halda dəymiş zərərə görə sığorta ödənişi verilmir”, – deyə Emil Ağabağırov vurğulayıb.

Bu baxımdan, vətəndaşların mənzillərini sığortalayarkən sığorta təminatının şərtləri və istisnaları ilə əvvəlcədən ətraflı tanış olmaları vacibdir.



Xəbərin oxunma sayı : 52




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap