“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Abdin Fərzəliyevi bildik, bəs Anar Quliyev? - FOTO/VİDEO

Tarix 25.11.26, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Masazır qəsəbəsində fərdi yaşayış evlərinin yerində çoxmərtəbəli tikən Fərail Hüseynovu niyə durduran yoxdur?

Abşeron rayon Masazır kəndində 2 mərtəbəli fərdi yaşayış evinin yerində hündür mərtəbəli apartman tikilib. 

AzFakt.com xəbər verir ki, bu barədə məlumat ötən həftə sosial şəbəkədə yayılıb. Məsələ maraqlı gəldiyi üçün apardığımız kiçik araşdırmada məlum oldu ki, həqiqətəndə Abşeron rayon Masazır qəsəbəsində vətəndaş Fərail Ağaqulu oğlu Hüseynova məxsus 2 mərtəbəli fərdi yaşayış evinin yerində 5 mərtəbəli bina inşa edilib. 

Açıklama yok.

Dövlət Şəhərsalma və Arxektura Komitəsinin məlumat bazasında 2 mərtəbəli fərdi yaşayış evi kimi qeydiyyata alınan ərazidə hündür mərtəbəli binanın inşası isə o anlama gəlir ki, Abşeron rayonunda tikintilərə nəzarət sadəcə kağız üzərindədir. 
Açıklama yok.

Son aylar məhz Abşeron rayonunda fərdi yaşayış yerində hündür mərtəbəli apartmanların və obyektlərin tikintisi artıb. Dövlət Şəhərslama və Arxektura Komitəsindən müsbətrəy ala bilməyən sahibkarlar, rahatlıqla Abşeron rayon İcra Hakimiyyəti ilə “anlaşıraraq” fərdi yaşayış yerlərində qeyd etdiyimiz apartman və obyektləri tikə bilirlər. Məhz fərdi yaşayış yerlərində apartman və obyekt tikən sahibkarlar, sonradan Abşeron icra hakimiyyətinin “köməyi” ilə sənədlərini qaydasına salırlar. 

Bildirək ki, Fərail Ağaqulu oğlu Hüseynov Masazır qəsəbəsində daha iki yerdə öz adına olan fərdi yaşayış yerində 5 mərtəbəli apartman inşa edib. Bu isə onlama gəlir ki, iş adamı Fərahim Hüseynovun Abşeron icra başçısı Abdin Fərəzliyevlə “əlaqələri” çox genişdir. 

Abdin Fərzəliyevi başa düşdük, bu adam pulunu alır, icazə verir, qanunsuzluğa göz yumur. Bəs Dövlət Şəhərsalma və Arxektura Komitəsi niyə susur. Axı qurumun rəhbəri Anar Quliyev dəfələrlə açıqlamalarında Komitənin qanunsuz tikintilərə qarşı mübarizə apardığını dilə gətirir. Əgər həqiqətəndə Dövlət Şəhərsalma və Arxektura Komitəsi qanunsuz tikintilərə qarşı mübarizə aparırsa, o zaman Masazır qəsəbəsində Fərail Hüseynov adlı şəxsin 3 ayrı-ayrı fərdi yaşayış yerlərində açıq-aydın 5 mərtəbəli apartmanlar tikməsinə niyə göz yumulur. 

Açıklama yok.

Bu müddətdə Anar Quliyevin rəhbərlik etdiyi Komitə baş verənlərdən necə xəbəriz ola bilər ki? Əgər Fərail Hüseynov kimilərinin qanunsuz tikintilərini görmürlərsə, o zaman Anar Quliyevin rəhbərlik etdiyi Dövlət Şəhərsalma və Arxektura Komitəsi öz işinin öhdəsindən gələ bilmir. 

Bildirək ki, Abşeron rayonunda apartman tikintisi üçün hər kvadrat metr üçün icra hakimiyyətinə 60 manat  verilir. İş adamı Fərail Hüseynovda Masazırda fərdi yaşayış yerlərində inşa etdirdiyi apartmanların hər kvadratmetri üçün Abşeron icra Hakimiyyətinə 60-70 manat arası hesab verdiyi iddia edilir. 

Qeyd edək ki, hazırda Abşeron rayonun ən çox tikinti getdiyi iki ərazisi var. Bunlar Xırdalan şəhəri və Masazır qəsəbəsi. Hazırda bu iki ərazidə inşa edilən obyekt və apartmanların əksəriyyəti rəsmi sənədlərdə fərdi yaşayış evi adı ilə qeydiyyatdan keçib. 

Araşdırmamız davam edir.



Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 877




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap