“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kamaləddin Qafarovun ətrafında narazılıq: şirkətdə əsas söz sahibinin katibəsi olduğu iddia edilir

Tarix 25.11.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin deputatı Kamaləddin Qafarovun fəaliyyəti ilə bağlı yeni iddialar yayılıb.

AzFakt.com-un məlumatına görə, iddialarda bildirilir ki, Kamaləddin Qafarovun ətrafında uzun müddətdir onunla çalışan bəzi əməkdaşlar arasında narazılıq yaranıb. Buna səbəb kimi deputata məxsus olduğu iddia edilən şirkətlərdə idarəetmə məsələlərində katibəsinin mühüm rol oynaması göstərilir.

Məlumata görə, katibənin təklif etdiyi şəxslərin şirkətlərdə mühüm vəzifələrə təyin edilməsi uzun illərdir Qafarovla çalışan bəzi əməkdaşların narazılığına səbəb olub.

Qeyd edək ki, Kamaləddin Qafarovun katibəsinin şirkətlərin idarə edilməsində söz sahibi olması ilə bağlı oxşar iddialar ötən il də yayılmışdı. Həmin məlumatlarda ölkənin iri quşçuluq müəssisələrindən biri olan “Siyəzən Broyler” ASC-nin deputata məxsus olduğu iddia edilirdi. Bildirilirdi ki, rəsmi sənədlərdə və vergi qeydiyyatında müəssisənin sahibi kimi başqa şəxslərin adları göstərilsə də, şirkətə faktiki olaraq Kamaləddin Qafarov nəzarət edir.

Həmin iddialarda, həmçinin “Siyəzən Broyler” ASC-nin idarəçiliyinin deputatın katibəsi Leyla xanımın həyat yoldaşına həvalə olunduğu qeyd edilirdi. Məlumatda deputata məxsus olduğu iddia edilən bir sıra digər obyektlərin idarə edilməsində də Leyla xanımın rolunun olduğu bildirilirdi.




Xəbərin oxunma sayı : 715




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap