“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

AFFA məşqçiləri cəzalandırdı - klubları isə cərimələdi

Tarix 25.11.26, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Misli Premyer Liqasının XII turunda "Şamaxı" və "Turan Tovuz" klubları məşqçilərin rəqibi təhqir etməsi və futbolçularının təcavüzkar davranışına görə cərimələniblər.

AzFakt.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Noyabrın 21-də keçirilən "Şamaxı" - "Turan Tovuz" matçının ilk hissəsindən sonra hər iki komandanın məşqçisi rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən Araz Bağırov və Yunis Hüseynov hər biri 3 oyunluq cəzalandırılıb. Həmçinin klubların hər biri 8 000 manat cərimə olunub.

Həmin görüşün 75-ci dəqiqəsində "Turan Tovuz"un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, biri şərti olmaqla 3 oyunluq cəzalandırılıb. Tovuz təmsilçisi isə 3 000 manat cərimələnib. Futbolçuya 6 aylıq sınaq müddəti təyin edilib.

Noyabrın 20-də keçirilən "Sumqayıt" - "Sabah" matçının 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Blek ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün biroyunluq cəzalandırılıb. "Sumqayıt" klubu isə 500 manat cərimə olunub.



Xəbərin oxunma sayı : 91




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap