Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Maşın parkı köhnə, ehtiyat hissələri bahadır” - Deputat şikayətləndi

Tarix 25.11.22, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


“Dünyada ən çox çörək istehlak edən xalqlar sırasındayıq. Hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Türkiyə üçün bu rəqəm 104 kq, Bolqarıstanda 95 kq və Yunanıstanda 89 kq təşkil edir. Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək”.

Bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Deputat Azərbaycanın yükdaşımalardan qazana biləcəyi dividentlərdən də söz açıb.

O bildirib ki, yükdaşımalar ən perspektivli sahə olmalıdır.

“Biz 2019-cu ilin nəticələrindən çıxış edərək ölkəmizin həmin ildə yükdaşımalarının 250 milyon ton təşkil etdiyini deyə bilərik. Daşınan malların 88%-i avtomobil nəqliyyatı, 8.4 faizi dəmir yolu, 3.4 faizi dəniz və 0.1%-i hava nəqliyyatının payına düşür. Lakin büdcəni gəlirdən və vətəndaşları 100 milyonlarla dollar qazancdan məhrum edən, onları Rusiya, Türkiyə və Gürcüstan yükdaşıyıcıları qarşısında zəif salan bir neçə amildir. İlk növbədə, iri yükdaşıyan avtomobillərin 2012-ci ilədək “Avro-5, həmin ildən sonra “Avro-6” standartlı yanacaq istifadə olunduğu halda neft ölkəsində biz hələ də onu kütləvi istehsal edə bilmirik”, - deyə deputat əlavə edib.

Zahid Oruc qeyd edib ki, Azərbaycanda maşın parkının köhnəliyi, ehtiyat hissələrinin bahalığı mövcuddur. İxtisaslı kadrların yetişdirilməsində Təhsil Nazirliyi ehtiyacları öyrənmir. Vətən müharibəsindəki qələbə, eləcə də Rusiya-Ukrayna savaşı ilə böyük qitələrarası iqtisadi əlaqələrin köklü dəyişməsindən sonra Zəngəzur dəhlizinin açılmasından daha çox qonşu dövlətlər və özəl kompaniyalar deyil, milli şirkətlərimiz qazanmalıdır”.







Xəbərin oxunma sayı : 520




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap