![]() |
|














“Mahmudov və 40 quldur” seriyasından: İş adamından 2 milyon dolların qoparılması...
Tarix 24.10.21, 23:47 |
|

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş və hazırda törətdiyi əməllərə görə məhkəmədə mühakimə olunan general-mayor Mövlam Şıxəliyev, idarənin əməkdaşları polkovnik Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun əməllərindən zərərçəkənlərdən biri də iş adamı Nizami Kazımovdur.

İstintaq sənədlərinə görə, mütəşəkkil dəstə üzvlərinin hədə-qorxu gəldikləri, şantaj yolu ilə 2 milyon manat pulunun əlindən alındığı Nizami Kazımov biznes fəaliyyəti ilə məşğul olub. O, ifadəsində 1992-ci ildə Naxçıvandan Bakıya köçdüyünü, sahibkarlıqla məşğul olduğunu, Rusiyadan və Ukraynadan tikinti materialları, ərzaq məhsulları gətirərək topdan satışını təşkil etdiyini deyib.
2008-ci ilin oktyabrında telefonuna tanımadığı nömrədən zəng gəlib, bu naxçıvanlı iş adamı üçün əsl əcəl zəngi idi. Çünki onu Milli Təhlükəsizlik Nazirliyinə çağırırdılar. Kazımovu nazirliyin 6-cı mərtəbəsinə, 2-ci şöbənin rəisi Vüsal Ələkbərovun xidməti otağına aparıblar. Əvvəlcə N.Kazımovdan “Texnikabank”ın Bakı filialına qoyduğu 1 milyon 120 min dollar barədə soruşublar: “Çox aqressiv danışdı, kürəkənim Samir Əbdülqasımovun adına əmanət qoyduğum vəsait barədə soruşdu. Mən də o məbləği kürəkənimin xərcləməsi üçün qoyduğumu dedim”.
Çox keçməyib ki, N.Kazımov dələduzluqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Həbsdə olduğu müddət ərzində V.Ələkbərov onu dəfələrlə qəbul edib, cinayət işinə xitam verilməsi üçün 3 milyon dollar tələb edib.

“Vüsal Ələkbərovun qərarı əsasında guya “Texnikabank”ın əməkdaşları ilə cinayət əlaqəsinə girib, kürəkənimin adına qoyduğum pulu mənimsədiyimə görə tutuldum. Barəmdə olan cinayət işinə xitam verilməsi üçün Vüsal Ələkbərov 3 milyon dollar tələb etdi. Hər dəfə ona bu məbləğdə pulu verməyə imkanım olmadığını deyirdim. Vüsal Ələkbərov rəhbərliyin göstərişinin belə olduğunu, əks təqdirdə 8 ildən 12 ilədək cəza alacağımla hədələyirdi”, – zərərçəkənin ifadəsində belə deyilir.
Həbs ediləndən təxminən 15-20 gün sonra biznesmeni İstintaq Baş İdarəsinin rəisi M.Şıxəliyev öz xidməti otağına çağırtdırıb, qeyd olunan məbləği tələb edib: “Ödəməyə imkanım olmadığını dedim. Mövlam Şıxəliyev məni 8 ildən 12 ilədək cəza alacağımla hədələdi. Heç cür imkanım olmadığını söylədim. Bundan sonra Vüsal məndən 2 milyon dollar istəməyə başladı. Bu məbləği də ödəyə bilməyəcəyimi dedim”.

Sahibkarın həbsindən ay yarım keçdikdən sonra M.Şıxəliyev onu yenidən öz xidməti otağına çağırtdırıb, hədə-qorxu gəlib, tələb olunan məbləği verməyəcəyi təqdirdə başına torba geyindirib “maskalılar”ın yanına apartdıracağı ilə hədələyib. Amma iş adamı pulu ödəməyə razı olmayıb.
Bir müddət sonra biznesmenin səhhətində ciddi problemlər yaranıb, şəkər xəstəliyinə tutulub. Özünü yaxşı hiss etməyən, təhdidlərin cana yığılan iş adamı sonda 2 milyon dolları “ödəmə”yə razılaşıb: “Amma pulun hamısını birdəfəyə ödəyə bilməyəcəyimi dedim. Bir hissəsini ödəyərək azadlığa buraxılmağımı, yerdə qalanı isə müəyyən vaxt ərzində toplayıb verəcəyimi dedim. Vüsal da dedi ki, rəisə deyim, razılıq versə sənə deyərəm”.
Zərərçəkmişin ifadəsinə görə, növbəti gün Vüsal Ələkbərov onu xidməti otağına gətirib, “rəis”in razılıq verdiyini, 1 milyon dollar gətirdikdən sonra həbsinin ev dustaqlığı ilə əvəz ediləcəyini, yerdə qalan məbləğ ödənildikdən sonra isə cinayət işinə xitam veriləcəyini söyləyib. V.Ələkbərovla razılaşdıqdan sonra iş adamı qudası Tahir Əbdülqasımova (“Çanaqqala” restoranın sahibi-red.) məktub yazaraq qohum-əqrəbadan 1 milyon dollar yığıb çatdırmağı xahiş edib. Çox keçməyib ki, kürəkəni S. Əbdülqasımov qaynatasına məxsus avtomobilləri bazar qiymətindən aşağı qiymətə sataraq 250 min dollar düzəldə bilib. Pulun yerdə qalan hissəsini isə qudası T.Əbdülqasımov əlavə edib.

N.Kazımovun qudası, kürəkəni, sürücüsü pulu götürüb MTN-in binasının yanına gəliblər. Elə həmin gün də iş adamı nazirliyin istintaq təcridxanasından evə buraxılıb: “Vüsal məni yanına çağırıb Samirdən 1 milyon dollar aldığını, məni buraxacağını, məhkəmədən ev dustaqlığı qərarı ala biləcəyini dedi. Həmin gün təcridxanadan buraxıldım. Vüsal mənə dekabrın 4-də, saat 12.00-da nazirliyin binasında olmağımı tapşırdı. Vüsalın dediyi saatda MTN-ə gəldim. Vüsal barəmdə başqa yerə getməmək barədə iltizama imza etdirdi. Mənə qalan 1 milyon dolları da 4-5 ay ərzində taparaq verməyimi şərt qoydu”.
Zərərçəkmişin ifadəsinə görə, təxminən iki ay sonra V.Ələkbərov ona zəng vurub. Axşam saatlarında “Qələbə dairəsi” deyilən yerdə V.Ələkbərovla görüşüb dost-tanışlarından borc aldığı 280 min dolları ona verib.
İş adamı bildirir: “Aprel ayında qeyd etdiyim ərazidə Vüsal Ələkbərovla təklikdə görüşdüm, ona 300 min dollar, may ayının sonlarında MTN-in binasının yaxınlığında 700 min dollar verdim. Tələb olunan 1 milyon dolları ona ödədim. Hətta sonuncu dəfə pul verəndə Vüsal Ələkbərov məni öz xidməti otağına dəvət etdi, çay içib, söhbət etdik. Aramızda yaranmış narazılığa görə mənim könlümü almaq istədi. Bütün pulu ödədikdən sonra zəng edərək barəmdə olan cinayət təqibinə xitam verildiyini dedi, qərarı götürməyə çağırdı. Mən də gedib qərarın sürətini götürdüm”.
Qeyd edək ki, general M.Şıxəliyev ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir, ayrı-ayrı epizodlar üzrə danışarkən zərərçəkənlərin heç birini şəxsən tanımadığını, onlardan pul almadığını, yaxud pul almaq üçün öz işçilərinə göstəriş vermədiyini deyib. Üstəlik bu günlərdə məhkəmədə istintaqı ələ salmışdı və ittiham aktında yazılanları “bədii əsər” adlandırmışdı...(virtualaz.org)
Xəbərin oxunma sayı : 652
Gündəm
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir - FOTO
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
-
İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb - Tramp
-
Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO
-
Azərbaycan Polisi 107 yaşında - FOTO
-
Elçin Şıxlı həbs olunan qohumundan danışdı - “Biabırçılıqdır”
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
TOP 10
ARXİV