“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində qanunsuz binaya niyə göz yumulub? - FOTOLAR

Tarix 22.08.23, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


FHN, Arxitektura Komitəsi və Abşeron icra hakimiyyəti "qaçaq" binanı niyə görməzdən gəliblər? 

Ötən yazılarımızda Abşeron rayonu Masazır qəsəbəsində baş verən tikinti xaosundan yazmışdıq. 

Həmin yazılarda qeyd etmişdik ki, Abşeron rayonu Masazır qəsəbəsində standartlara uyğun olmayan yaşayış binalarının sayı günü-gündən artır və gecəqondu tipində tikilən apartman formalı bu binaların böyük əksəriyyətinin sənədlərinin olmadığını vurğulamışdıq.  
Bildirmişdik ki, qeyri-qanuni yaşayışı binalarından biri də Abşeron rayonunun Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində inşa edilib. Altı mərtəbə inşa edilən bu binanın tikintisi üçün Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən heç bir icazə alınmayıb. 

Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində qanunsuz bina - FHN və Arxitektura Komitəsi hara baxır?

Bu qaçaq binanın tikintisi zamanı bir sıra qanunların pozulduğu, keyfiyyətsiz materiallardan (binanın tikintisi zamanı istifadə olunan armaturların 300 marka sex armaturu olduğu vurğulanır) istifadə edilib. 
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə ərazidə aparılan inşaat işləri barədə məlumatlandırma lövhəsi olmalıdır. Məlumatlandırma löhvəsi vasitəsi ilə vətəndaşlara ərazidə aparılan tikinti barədə müfəssəl məlumat verilməlidir. Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları,müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır. Lakin Qaçaq Nəbi küçəsində inşa edilən qanunsuz 6 mərtəbəli binanın tikintisi zamanı heç bir məlumat löhvəsinin olmadığı, ümumiyyətlə bu binanın layihəçisi və icazə sənədi olmayıb. 

Burada şübhəli məqam isə Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Masazır qəsəbəsi Qaçaq Nəbi küçəsində qanunsuz inşa edilmiş binanı görməzdən gəlmələridir. 

Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində qanunsuz bina - FHN və Arxitektura Komitəsi hara baxır?

Ölkənin hər yerində aparılan tikintilərdən anında xəbər tutan FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Abşeronda hər qaldırılan daşa görə "haqq alan" icra hakimiyyəti nədənsə Qaçaq Nəbi küçəsində inşa edilən qaçaq binadan xəbəriz olub. Sizcə buna kimsə inanar? 

Görünür qaçaq binanın qoçaq sahibləri Abşeron icra hakimiyyətini, FHN-i və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini hansısa yollarla "razı" sala biliblər. Bu belə olmasaydı adını çəkdiyimiz qurumlar çoxdan Qaçaq Nəbi küçəsindəki inşa edilmiş binaya müdaxilə edərdilər.  

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində qanunsuz bina - FHN və Arxitektura Komitəsi hara baxır?
bitmap-img6



Xəbərin oxunma sayı : 1459




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap