![]() |
|














Ən çox tıxacın olduğu Bakı-Sumqayıt yolu: Problemin həlli varmı?
Tarix 10.02.24, 19:24 |
|

Bu gün ən çox tıxac probleminin hiss edildiyi istiqamətlərdən biri, bəlkə də birincisi Bakı-Sumqayıt yoludur. Hər gün minlərlə insan bu yolda tıxacla üzləşir. Sözügedən yolda vətəndaşların üzləşdiyi tıxac probleminin həlli istiqamətində müəyyən tədbirlər görülüb və proses davam edir. Sumqayıtı Bakı ilə birləşdirən sürət qatarı mövcuddur. Avtobuslar üçün yeni zolaq çəkilib. Həmçinin yanvarın 21-dən Sumqayıtdan Bakıya - metronun “Avtovağzal” stansiyasına ekspress avtobuslar gəlir. Lakin Sumqayıt və bu yol üzərindəki digər yaşayış məntəqələrinin sakinlərinin tıxac problemi hələ də tam olaraq həllinin tapmayıb. İnsanlar yollarda sıxlıq olmasından narazıdırlar. Bəs bu problemin həlli üçün daha nələr edilə bilər?
“Kaspi” qəzeti bu sualın cavabını ekspertlərdən öyrənməyə çalışıb.
Qatarların sayı artırılmalıdır
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Kaspi”yə açıqlamasında bildirdi ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır: “İntensivliyi artırmağa ehtiyac var. Bakı ilə Sumqayıt arasında dəmir yolu mövcuddur, hazırda xətt üzrə yeddi qatar hərəkət edir. Altı qatarın da gəlməsi nəzərdə tutulub. Həmçinin stansiyaların sayını artırmaq planlaşdırılır. Bu, indiki vəziyyətdə müsbətə doğru dəyişiklik deməkdir. Amma qatarların sayını yenə də artırmağa ehtiyac var”.
Nəzarət tədbirləri sərtləşdirilməlidir
R.Ağamirzəyevin fikrincə, Bakı-Sumqayıt yolunda ümumi tıxaca səbəb kütləvi avtomobillə şəhərə daxil olmaq, həmçinin qeyri-qanuni sərnişin daşımasıdır: “Bunun çıxış yolu daha çox sərnişin daşıyan ictimai nəqliyyat növlərinin inkişafıdır. Fərqli nəqliyyat növləri olmalıdır. Ekspress avtobuslar yaradılıb. Amma avtobus zolaqlarında sərt nəzarətə ehtiyac var. Bu zolağa daxil olmanın cəzası ağırlaşdırılmalıdır”.
Ekspert bildirdi ki, son illər insanlar daha çox şəxsi nəqliyyatdan istifadə edirlər: “Bunun da obyektiv səbəblərindən biri ictimai nəqliyyatın keyfiyyətinin aşağı səviyyədə olmasıdır. Çeşid də azdır. Düşünürəm ki, bu sahəyə daha çox investisiya yatırmaq lazımdır”.
Manatlıq taksilərdən imtina etmək üçün
R.Ağamirzəyev qeyd etdi ki, hələ ekspress avtobuslar yenidir: “Mövcud qanunvericiliyə görə, avtovağzaldan avtovağzala prinsipi tətbiq olunur. Çünki Sumqayıt ayrıca bir şəhərdir. Ona görə şəhərin digər nöqtələrinə hərəkəti mümkün deyil. İnsanlar manatlıq taksilərə alışıb. Onları daha rahat və təhlükəsiz olan avtobusa yönləndirmək üçün təbliğatı aparılmalıdır. Çünki manatlıq taksilər tıxaca mənfi təsir göstərir”.
Baş planda bu nüanslar var
Müsahibimiz düşünür ki, bu məsələlər zamanla öz həllini tapacaq: “İkinci mərhələ relsli nəqliyyat - tramvayın çəkilməsi, şəhərətrafı elektrik qatarının şəhərdə fərqli nöqtələrdə yeni stansiyalarının açılmasıdır. Bakının yeni təsdiqlənən Baş planında bu nüanslar var. Həmçinin daşıyıcıların vəziyyətinin yaxşılaşdırması yönündə brutto xərc müqavilələrinə keçilməlidir. Ekspress avtobuslarda tariflər müəyyən olunub. Amma biznes modeli dəyişməlidir. Bu da hər kilometrə görə subsidiya ayrılması deməkdir. Bunları mərhələli şəkildə həll etməklə bugünkü mürəkkəb vəziyyəti müsbətə doğru dəyişmək mümkündür”.
Tək Bakı və Sumqayıt əhalisi deyil
R.Ağamirzəyev bildirdi ki, Bakı-Sumqayıt yolunu düzəltmək üçün şəhər girişlərini də nizamlamaq lazımdır: “Bakı-Sumqayıt yolu, xüsusən də Xırdalana qədər olan yol həm də şimal sərhədinə tərəf getmək üçün istifadə edilir. Ona görə hərəkət edənlər tək Bakı, Xırdalan, Sumqayıt əhalisi deyil. Bu da nəqliyyat axınına təsir edir. Bakıya daxil olmağa da nəzarət etmək lazımdır. Şəhərin girişlərində parkinq nöqtələri qurulmalıdır ki, insanlar avtomobillə gəlsə də, park edib ictimai nəqliyyata yönəlsin”.
Qəsəbələrə, kəndlərə döndükdə problemlər yaşanır
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə məsələnin həllini nəzarət kameralarında görür: “Avtobus zolaqlarında kamera ilə müşahidə edilməyən nöqtələr var, həmin kor nöqtələrdə avtomobillər zolaqlara daxil olurlar. Qəsəbələrə, kəndlərə döndükdə problemlər yaşanır. Bunun üçün də kameraları artırmaq və nəzarəti gücləndirmək lazımdır. Elə olmalıdır ki, polis nəzarət etmədikdə də problem yaranmasın. Kameraların funksionallığı təmin olunmalıdır. Hazırda qayda pozuntusu avtomatik qeydə alınmır”.
İnsanlar avtomobillə daha sürətlə gedir
Y.Mustafayev dedi ki, insanları taksilərə möhtac qoymamalıyıq: “İctimai nəqliyyatın işini optimallaşdırmasaq, yenə də bir manatlıq taksilər öz effektivliyini saxlayacaq. Çünki vətəndaş baxır ki, avtobusla gedəndə vaxt itirəcək, tıxacda ilişib qalacaqsa, həmin yolu taksidə oturaraq rahat şəkildə getməyə üstünlük verir. İnsanlar fərdi avtomobillə də, avtobusla da eyni vaxta gedir. Hətta avtomobillə daha sürətlə gedir, çünki avtobus dayanacaqlarda dayanır. Əgər hər iki halda tıxacda qalacaqsa, şəxsi avtomobilə üstünlük verirlər. Buna görə də hər gün avtomobil alan insanların sayı artır”.
İnfrastruktur yaradılsa, mümkün olar
Müsahibimiz avtobusların Bakı daxilində hərəkət etməsi fikrinə də münasibət bildirdi: “Ekspress avtobusların şəhərə daxil olması hazırda mümkün deyil. Amma gələcəkdə 20 Yanvar, “Şamaxinka” və digər istiqamətlərdə də avtobus zolaqları və digər infrastruktur yaradıldıqdan sonra artıq şəhərə daxil ola bilərlər. Yaxud da avtovağzaldan insanları şəhərə aparan avtobuslar təyin edilər”.
Yeddi milyon sərnişin daşınıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Sənubər Nəzərovanın sözlərinə görə, insanlar Bakı-Sumqayıt yolunda tıxaca düşməmək üçün qatarla hərəkət edir və belə sərnişinlərin sayı hər il daha da artır: “Hazırda doqquz qatarımız var. Yeni qatarlar sifariş etmişik. 10 qatar bu il çatdırılacaq. Artıq dördü çatdırılıb. altı yeni qatar da gələcək. Test edildikdən sonra dövriyyəyə buraxılacaq. Sərnişin sayı getdikcə artır. Keçən il yeddi milyon sərnişin daşınıb. 2022-ci ildə 5,2 milyon idi. Deməli, sərnişinlər xidmətdən razıdır. Çünki sərnişin tıxaca düşmədən, yolda heç bir maneə və ya təhlükə ilə qarşılaşmadan Bakıya rahat gəlib çatır”.
Xəbərin oxunma sayı : 526
Sosial
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV