“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Nar” AVRO-2020 oyunlarının keçiriləcəyi ərazilərdə şəbəkə optimallaşdırma işlərini yekunlaşdırıb

Tarix 12.06.21, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


“Nar” AVRO-2020-nin paytaxtımızda baş tutacaq 4 oyunu ilə əlaqədar tamaşaçıların kəsintisiz və keyfiyyətli telekommunikasiya, internet və mobil xidmətlərlə təmin edilməsi məqsədilə şəbəkə infrastrukturunu optimallaşdırıb. Bakı Olimpiya Stadionu və ətraf ərazilər, eləcə də komandaların təlim-məşq keçirəcəyi stadionlar və yerləşəcəyi otellərdə xidmət göstərən mobil baza stansiyalarının tutumları artırılıb, təkmilləşdirmə işləri görülüb.

Qeyd edək ki, fasiləsiz və dayanıqlı rabitənin təmin edilməsi məqsədilə mobil şəbəkə avadanlıqlarının və beynəlxalq rominq xidmətinin yoxlanılması işləri tamamlanıb. Oyunların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq “Nar” əməkdaşları şəbəkəni tam nəzarətdə saxlamaq məqsədilə gücləndirilmiş rejimdə çalışacaq.

Qeyd edək ki, “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı “nar.az” internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90 faizini əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



Xəbərin oxunma sayı : 529




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap