Xalq artisti bikinidə belə poz verdi - FOTO “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 Avqust 2022

    Xalq artisti bikinidə belə poz verdi - FOTO

  • / Maqazin / — 01 İyul 2022

    “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri

  • / Maqazin / — 30 İyun 2022

    Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 27 İyun 2022

    Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO

  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

“NATO ölkələri Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcəklər“ - Baş katib

Tarix 25.06.22, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


“NATO-ya üzv ölkələr İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitdə Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcəklər”.

“Report” xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq “El Pais” qəzetinə müsahibəsində deyib.

“Madrid sammiti NATO üçün həlledicidir. Bu, bir çox səbəblərə görə tarixi sammit olacaq. İlk növbədə ona görə ki, 30 müttəfiq ölkə Avropada İkinci Dünya müharibəsinin bitməsindən sonra ən ciddi təhlükəsizlik böhranını müzakirə etmək üçün toplaşacaqlar və bu məsələ ətrafında birləşəcəklər”, - o bildirib.

Baş katibin sözlərinə görə, sammit zamanı bir çox mühüm qərarlar qəbul ediləcək: “İttifaqımızın gələcəyi üçün bələdçi olan yeni strateji konsepsiya təsdiqlənəcək. Biz Ukraynaya tam yardım paketini razılaşdıracağıq. Biz, həmçinin İspaniya və digər cənub müttəfiqləri üçün xüsusilə vacib olan cənub cinahı ilə bağlı mühüm qərarlar qəbul edəcəyik. Əlbəttə, diqqət mərkəzində Rusiya və Ukraynadır. Amma Şimali Afrikada və Saheldə bölgəsində terrorizm və ya qeyri-sabitlik də daxil olmaqla digər təhlükələri unutmamalıyıq. Buna görə də biz cənub ölkələri ilə əməkdaşlıq səylərimizi gücləndirəcək və terrorizmlə mübarizə, sərhəd nəzarəti və müdafiə və təhlükəsizliyini gücləndirmək üçün Mavritaniyaya yeni dəstək paketi ilə bağlı razılaşacağıq”.

Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da İspaniyanın paytaxtı Madriddə baş tutacaq. Sammit iştirakçıları yeni strateji konsepsiya qəbul edəcək, ittifaqın gücləndirilməsini və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoru üçün təsirlərini nəzərdən keçirəcəklər.



Xəbərin oxunma sayı : 805

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap