“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Putin demokratiya qığılcımından ehtiyatlanır” - Almaniya kansleri

Tarix 21.06.22, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya prezidenti Vladimir Putin demokratiya qığılcımının onun ölkəsinə sıçraya biləcəyindən ehtiyatlanır. Almaniya kansleri Olaf Şolts bu fikirdədir.

Novator.az saytı “Reuters” agentliyinə istinadla bildirir ki, Olaf Şolts iyunun 20-si alman mətbuatına müsahibəsində deyib: “Rusiya prezidenti onun qonşuluğunda günü-gündən bir-birinə daha da yaxınlaşan hüquqi demokratik dövlətlərin olması həqiqəti ilə barışmalıdır. Açıq-aydın görünür ki, Putin demokratiya qığılcımının Rusiyaya da sıçraya biləcəyindən ehtiyat edir”.

1958-ci il təvəllüdlü Olaf Şolts 2021-ci ilin dekabrından Almaniyanın kansleridir. O, Sosial Demokrat Partiyasının təmsilçisi kimi bu posta seçilib. Parlament idarə üsullu Almaniyada kansler hökumət başçısı sayılır.

1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da Rusiyanın baş naziri təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012 və 2018-ci illərdə prezident seçilib. Onun növbəti iki prezident seçkisinə də qatılmaq, 2036-cı ilə qədər postda qalmaq hüququ var.



Xəbərin oxunma sayı : 949




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap