Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qarşımızda qoyulan tapşırıq vaxtında yerinə yetirilib” - DYMX-nin rəis müavini

Tarix 01.08.21, 21:35

Font ölçüsü : - / +
bitmap-img6


“Qarşımızda qoyulan tapşırıq vaxtında yerinə yetirilib. Bizim tərəfimizdən tapşırıqların yerinə yetirilməsində heç bir problem yoxdur”.

APA bildirir ki, bunu Türkiyəyə göndərilən Azərbaycanlı yanğınsöndürənlərdən ibarət qrupun nümayəndəsi, Fövqəladə Hallar Nazirliyini (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev hazırda hadisə yerində olan əməkdaşımıza deyib.

Rəis müavini bildirib ki, Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən iyulun 30-da FHN-nin 100 nəfər əməkdaşı Türkiyədə yanğınların söndürülməsinə cəlb olunub:

“Biz Marmaris ərazisindəki meşələrdə baş verən yanğınları söndürürük. Yanğın ərazisi çox böyükdür, bizə ayrılan sahə təxminən 20 hektar ərazidir. Hal hazırda gördüyünüz kimi, artıq heç bir yanğın mənbəyi yoxdur. Bizim qarşımızda qoyulan tapşırıq vaxtında yerinə yetirilib. Havalar çox isti keçir. Burada kölgədə istilik müsbət 45 dərəcəyə çatır. Ona görə də isti hava şəraitində yenidən yanğınlar baş verir. Bizim tərəfimizdən tapşırıqların yerinə yetirilməsində heç bir problem yoxdur”.

Rza Xudiyev onu da deyib ki, Türkiyədə müəyyən bələdiyyə rəhbərləri və yanğınsöndürənləri tərəfindən də onlara yardım olunur:

“Hal-hazırda biz yanğın texnikasından demək olar ki, istifadə etmirik. Əl üsullarından istifadə olunur. Cənab Prezidentin göstərişi ilə Bakıdan bizə dəstək üçün 250 nəfərlik heyət gəlir. İndi onlar yoldadırlar. Bu axşam onlar artıq Gürcüstandan Türkiyə ərazisinə keçəcəklər. Onlar gəlib çatdıqdan sonra biz daha çox ərazidə yanğının söndürülməsinə qadir olacağıq”.



Xəbərin oxunma sayı : 418




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap