Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi “udan“ şirkət kimindir? - 385 minlik qalmaqal

Tarix 01.02.23, 15:38

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Mədəniyyət Nazirliyi ilə "Debüt Studiyası” MMC arasındakı müqavilənin ləğvini tələb edir. 

Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı Mədəniyyət Nazirliyinə məktub göndərib. 

Nazirliklə şirkət arasındakı müqavilə isə "İNTERACT FİLM LAB" təlim layihəsi ilə bağlı olub. Müqavilənin maliyyə dəyəri 385.270 manat olub. 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırmaları nəticəsində aydın olub ki, müqavilə satınalma proseduru keçirilmədən imzalanıb. Dövlət qurumu müsabiqənin "Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun keçirilməsini tələb edib.

Açıklama yok.
Orxan Abbasov

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Debüt Studiyası” MMC 7 oktyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Abbasov Orxan Vahid oğludur. Orxan Abbasov həm də MMC-nin direktoru vəzifəsini daşıyır.

Əldə etdiyimiz məlumata görə, "Debüt Studiyası” MMC-nin Orxan Abbasovdan əvvəlki direktoru Rüfət Həsənov olub. Rüfət Həsənov Mədəniyyət Nazirliyinin auidovizual və interaktiv şöbəsinin müdiridir. 

Açıklama yok.
Rüfət Həsənov 

Nazirliyin maliyyə dəyəri 385 min manat yaxın layihəni "Debüt Studiyası” MMC-yə müsabiqə keçirmədən həvalə etməsi şirkətin Rüfət Həsənova yaxınlığı ilə izah edilir. 

Rüfət Həsənov haqqında açıq mənbələrdə və yerli mediada gedən məlumatlarda da onun vaxtilə "Debüt Studiyası” MMC-nin direktoru olduğu qeyd edilib. 

Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bundan əvvəl "Qarınqulu” tammetrajlı animasiya filmi ilə bağlı müqavilənin nəticələrinin ləğvini tələb etmişdi. Mədəniyyət Nazirliyi bu layihəni də satınalma müsabiqəsi keçirmədən "Salnaməfilm” studiyasına həvalə etmişdi. 

 






Xəbərin oxunma sayı : 436




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap