Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İran uranın zənginləşdirilməsini genişləndirir - BMT agentliyi yeraltı zavodda təftiş aparıb

Tarix 02.12.21, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


İran daha qabaqcıl sentrifuqlar vasitəsilə zənginləşdirilmiş uran istehsalına başlayıb. "AzPolitika.info" "Azadlıq" radiosuna istinadən bildirir ki, bunu BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bildirir. İranla 2015-ci il nüvə sazişinin dirçəldilməsi üzrə bərpa olunmuş danışıqların üçüncü günündə belə bir açıqlamanın yayılması yeni narahatlığa səbəb olub.

BAEA dekabrın 1-də hesabatında bildirib ki, İran Fordo Yanacaq Zənginləşdirmə Zavodunda (FYZZ) daha qabaqcıl maşınlarda uranın 20 faizədək zənginləşdirilməsi prosesinə start verib. BAEA müfəttişləri noyabrın 30-da yeraltı nüvə obyektində olublar. Onlar uranın yüksək effektli sentrifuqalarda uranın zənginləşdirilməsi üçün addımlar atıldığını bildiriblər. BAEA "Fordo" zavoduna təftişlərin tezliyini artırmağı planlaşdırır.
2015-ci il nüvə sazişi İranın "Fordoda" uran zənginləşdirməsinə icazə vermir. İranın BAEA-dakı daimi missiyası hesabatın əhəmiyyətini kiçiltməyə çalışıb, "Twitter"-də bunun İranda müntəzəm verifikasiyaya uyğun adi yeniləmə olduğunu yazıb.

İran "Fordo"da uranın 20 faizədək zənginləşdirilməsini təsdiqləyib. BAEA-dakı damini missiyanın icraçı direktoru Məhəmməd-Rza Galebi bunun dinc məqsədlərə xidmət etdiyini bildirib.

Xatırladaq ki, Vyanada nüvə sazişinin dirçəldilməsi üzrə danışıqlar İranla Britaniya, Fransa, Almaniya, Çin və Rusiya arasında aparılır. Birləşmiş Ştatlar danışıqlarda dolayısı ilə iştirak edir. Çünki İran ABŞ elçiləri ilə birbaşa təmasdan imtina edir. Qərb təmsilçiləri danışıqlarda üstünlük əldə etməyə çalışırlar. BAEA-nın Baş direktoru Rafael Qrossi son hadisəni narahatlıq qarşılaşdığını açıqlayıb.
“Bu, həyəcanı ikiqat artırır. Bu, adi məsələ deyil. İran bunu edə bilər, amma belə bir ambisiyan varsa, təftişləri də qəbul etməlisən. Bu vacibdir”, – Qrossi Fransanın “France 24” telekanalına deyib.

Noyabrın 29-dan başlanmış danışıqlarda ciddi proqres əldə olunmayıb.

2015-ci il sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması qarşılığında sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Amma ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ölkəsinin sazişdən çıxdığını elan edəndən sonra İran da öhdəliklərinin icrasını azaltmağa başladı.

Prezident Co Bayden İranın öhdəliklərinə tam əməl edəcəyi halda sazişə yenidən qoşulmağı vəd edib. Amma Tehran əvvəlcə Vaşinqtonun addım atmasını istəyir.



Xəbərin oxunma sayı : 901




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap