Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İranda nümayişçilərə divan tutulur - Azı 214 nəfər həbs olunub, 13-ü azyaşlılardır...

Tarix 29.11.21, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


İranın mərkəzindəki İsfahan şəhərində su qıtlığına etiraz edənlərə polisin divantutması nəticəsində azı 214 nəfər həbs olunub, 13-ü azyaşlılardır.

Məlumatı ABŞ-da yerləşən xəbər təşkilatı yayıb. İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) polis atəşindən 30 nəfərin gözündən yaralandığını bildirib.

Tehrandan 400 km cənubda yerləşən İsfahandan keçən Zayandehrud çayının qurumasına səbəb kimi quraqlıq və su mənbələrinin başqa səmtə yönləndirilməsi göstərilir. Bu ay çayın qurumuş yatağında fermerlər daxil olmaqla minlərlə insan nümayişə çıxıb.

Noyabrın 26-da isə yürüş qarşıdurmaya keçib, təhlükəsizlik əməkdaşları onları daşa tutan nümayişçilərin üstünə qaz buraxıb. Hakimiyyət 67 “qiyamçı”nın həbs olunduğunu bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun dinc etirazçılara zorakılıqla divan tutulmasından dərin narahatlıq bildirib.

“İran xalqının öz məyusluğunu ifadə etmək və hökumətdən hesabat tələb etmək haqqı var”, – Prays tvitində yazıb. İranın Ali dini lideri Ayətulla Əli Xameneyi isə su böhranının hökumət üçün prioritet olduğunu deyib.



Xəbərin oxunma sayı : 370




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap