“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Sarqsyanın əli Xocalı qurbanlarının qanına batıb“ - Prezident

Tarix 13.04.21, 13:21

Font ölçüsü : - / +
bitmap-img6


“Əli Xocalı qurbanlarının qanına batmış Sarqsyan qaz kəmərlərimizi vurmaq üçün “İskəndər”dən istifadə etmədiyinə görə Paşinyanı qınayır.”

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

“Bu hərbi cinayətdir. Sonra Movsesyan “İskəndər”ləri bizə qarşı istifadə etdiklərini etiraf edib, bundan sonra isə onların istifadə edilməsinin video görüntülərini aldıq. Sonra mən bunu araşdırmaq üçün tapşırıq verdim və onları tapdıq. Biz onları niyə o vaxt tapmadıq? Çünki Şuşada müharibədən dərhal sonra qar yağdı və hətta yanvar-fevral aylarında orada olduğum zaman da qar yağırdı. Sonra qar əridi və biz onları tapdıq”, - Prezident deyib.

Dövlət başçısı Azərbaycanın “İskəndər” raketlərinin qırıqlarını tapmasından sonra baş verənlərin qəribə olduğunu da qeyd edib.

“Ermənistan Baş Qərargahının rəisi bu mövzunu şərh edə bilməyəcəyini deyib. Bunu necə başa düşə bilərik? Hə ya yox? Çox güman ki, hə. Belə olmasaydı, onları istifadə etmədiklərini deyərdilər”, - İlham Əliyev söyləyib.



Xəbərin oxunma sayı : 886




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap