Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Somali və Efiopiya bir sıra məsələlərdə əhəmiyyətli yaxınlaşma əldə edib“ - Türkiyə XİN

Tarix 13.08.24, 21:40

Font ölçüsü : - / +
bitmap-img6


Somali və Efiopiya arasında bəzi əsas prinsiplər və konkret elementlər üzrə əhəmiyyətli yaxınlaşma baş verib.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 1-də başlayan və Türkiyənin vasitəçiliyi ilə iki ölkə arasında keçirilən Ankara prosesinin ikinci mərhələsinin yekunlarına əsasən deyib.

O bildirib ki, prosesi uğurla başa çatdırmaq ümidi ilə danışıqların üçüncü raundu üçün sentyabrın 17-də yenidən Ankarada görüşəcəklər.

Fidan birinci raund danışıqlar ilə müqayisədə bu dəfə daha geniş mövzuları əhatə etdiklərini vurğulayıb: “Bu, müsbət haldır. Atılmalı olan konkret addımların təfərrüatlarına və texniki aspektlərinə diqqət yetirmək imkanımız oldu. Ankara prosesini uğurla başa vurmaq üçün Efiopiya Baş naziri Abiy Əhməd Əli və Somali Prezidenti Həsən Şeyx Mahmuddan konstruktiv yanaşmalarını və qətiyyətlərini davam etdirmələrini gözləyirik”, - türkiyəli nazir bildirib.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər Efiopiya rəsmilərinin tanınmamış Somalilend ilə dəniz limanlarını icarəyə götürmək üzrə müqavilə bağlamasından sonra pisləşib. Rəsmi Moqadişo bu müqaviləni qanunsuz adlandırıb və Efiopiyadakı səfirini geri çağırıb.



Xəbərin oxunma sayı : 847




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap